Pleyeri seçin:

Umayra Tağıyevadan Xəzərlə bağlı xəbərdarlıq | Təcili tədbir görülməsə...

18 noyabr 2024 354 baxış

“Xəzər regionu zəngin biomüxtəlifliyi və ekosistemi ilə unikal təbii mühiti təmsil edir”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” adlı tədbirdə bildirib.

O qeyd edib ki, son onilliklərdə Xəzər, ciddi ekoloji problemlərlə üzləşib:

“Dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır”.

“Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər – bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır”, – U.Tağıyeva bildirib.

Onun sözlərinə görə, UNEP tərəfindən hazırlanmış “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin azalması arasındakı mürəkkəb əlaqəni başa düşməyə imkan verir. Əsas nəticələr arasında dəniz səviyyəsinin dəyişməsinin ekosistemə, iqtisadiyyata və infrastruktura müxtəlif təsirlərini həll etmək üçün əlaqələndirilmiş transsərhəd tədqiqatlara ehtiyac var.

Nazir müavini deyib ki, Xəzər dənizinin ekoloji problemləri əlaqələndirilmiş və qətiyyətli fəaliyyət tələb edir:

“Xəzər dənizində su səviyyəsinin azalmasına cavab tədbirləri üzrə əməkdaşlığın gücləndirilməsi barədə Xəzəryanı dövlətlərin bəyannaməsinin qəbulu bu tədbirin mühüm nəticəsi olacaq. O, ümumi regional öhdəliyimizi nümayiş etdirir, ekspert bilikləri, texnologiyalar və maliyyə yardımı ilə dəstəklənən birgə fəaliyyət planını müəyyən edir”.

U.Tağıyeva vurğulayıb ki, birgə fəaliyyət Xəzər regionunun sağlam və firavan gələcəyini təmin etməyin yeganə yoludur.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 354 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 354 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 354 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 354 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 354 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 354 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 354 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 354 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 354 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 354 baxış
Seçilmişlər
icon