Pleyeri seçin:

"Uşaqlarına himni öyrətməyə qarşı çıxanlar..." | İrandan ideoloji suverenliyimizə qarşı təhdid

12 oktyabr 2026 52 baxış

Siyasi şərhçi Oqtay Qasımov İranın Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışdığını bildirib.

Onun sözlərinə görə, bu cür fəaliyyətlər ölkənin milli təhlükəsizliyi və dövlət suverenliyi baxımından diqqətlə araşdırılmalıdır.

Şərhçi qeyd edib ki, illər ərzində bəzi təhsil müəssisələrində milli dəyərlərə, dövlət rəmzlərinə və bayrağa münasibətlə bağlı narahatedici hallar müşahidə olunub.

Oqtay Qasımovun fikrincə, İranın bölgədə proksi qüvvələr və təsir qrupları yaratmaq siyasəti Azərbaycanın da təhlükəsizliyi üçün risklər yarada bilər.

“Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi üçün ciddi bir təhlükə var. Biz cəmiyyət olaraq bu gerçəklərin gözünə dik baxmalıyıq və bundan çıxış yolları axtarmalıyıq”, – deyə siyasi şərhçi vurğulayıb.

O.Qasımov hesab edir ki, bu cür risklərin qarşısının alınması üçün təhsil və maarifləndirmə gücləndirilməli, müvafiq qurumlar fəaliyyətlərini əlaqələndirməlidir. O, dövlətə qarşı qanunazid fəaliyyətlərin isə hüquqi müstəvidə araşdırılmasının vacibliyini qeyd edib.

Şərhçinin sözlərinə görə, dini təhsil müəssisələrində Azərbaycan dövlətinə bağlı, milli dəyərlərə hörmət edən və xarici təsirlərdən asılı olmayan din xadimlərinin yetişdirilməsi də mühüm əhəmiyyət daşıyır.

Kopyalandı
Banner
Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Siyasət
12 oktyabr 2026 52 baxış
İran ideoloji suverenliyimizi sınağa çəkir?

İran ideoloji suverenliyimizi sınağa çəkir?

Siyasət
12 oktyabr 2026 52 baxış
“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

Siyasət
12 oktyabr 2026 52 baxış
Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Siyasət
12 oktyabr 2026 52 baxış
Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Siyasət
12 oktyabr 2026 52 baxış
Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Siyasət
12 oktyabr 2026 52 baxış
"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

Siyasət
12 oktyabr 2026 52 baxış
Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Siyasət
12 oktyabr 2026 52 baxış
Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Siyasət
12 oktyabr 2026 52 baxış
Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Siyasət
12 oktyabr 2026 52 baxış
Seçilmişlər
icon