Xaçatryanın yalanlarına Azərbaycan Ordusunun verdiyi layiqli "cavab"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla başlayan demarkasiya prosesinə qarşı çıxan revanşistlərin İrəvanda təşkil etdiyi bugünkü mitinqdə Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan da çıxış edib.
O, guya delimitasiya nəticəsində Ermənistanın müdafiəsinin çökəcəyini, “çat yaranacağını” bildirib.
“Sonra bu boşluğu aradan qaldırmaq üçün illər lazım olacaq. Nəticədə təkcə kəndlər deyil, həm də bütün Ermənistan, ölkənin mövcudluğu həssas olur. Bütün bunlardan sonra müdafiə, istehkam, hazırlıq baxımından daha heç nəyimiz olmayacaq. O elə bir zonaya çevriləcək ki, düşmən oradan öz qüvvələrini və resurslarını maneəsiz hərəkət etdirə biləcək və genişlənəcək”, – T.Xaçatryan deyib.
Qeyd edək ki, Ermənistanın müdafiəsinin necə olmasından asılı olmayaraq, Azərbaycanın işğal altında olan kəndləri geri qaytarılmalıdır.
Digər tərəfdən, Azərbaycan Ordusunun qarşısında Ermənistanın bütün müdafiəsinin “həssas” olduğu 2021, 2022 və 2023-cü il əməliyyatları zamanı tam üzə çıxdı. Azərbaycan Ordusu sərhəddəki bütün strateji yüksəkliklərə nəzarət edir, o cümlədən Qafan aeroportunun da yaxınlığındadır.
Bu baxımdan yalnız bu delimitasiya ilə Ermənistanın müdafiəsinin “zəiflədiyini” iddia etmək yalandır.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
