Xaçmazda dini müstəvidə ideoloji təhlükəsizliyə həsr olunan konfrans keçirildi
“Konfransın təşkilində əsas məqsəd dini maarifləndirmə ilə yanaşı, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, multikultural dəyərlərin tətbiqi kimi vacib məsələlərin müzakirəsi idi”.
Bunu “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda dekabrın 5-də Xaçmazda keçirilən regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, konfransda əsas diqqət Şimal bölgəsindəki rayonlarda mövcud dini vəziyyətə və qarşıda duran vəzifələrə yönəldilib.
G.İsmayılov konfransın səmərəli keçdiyini vurğulayıb:
“Eyni zamanda din xadimləri və dini icmalarla işin gücləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, qeyd edilən məsələlərin müzakirəsi, xüsusilə dini radikalizmlə mübarizə baxımından bu konfransın keçirilməsi çox səmərəli oldu”.
#Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi teqi istifadə olunub
- Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV
- Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV
- Bakıda mədəni və dini irsin mühafizəsinə həsr olunmuş konfrans keçirilib - Baku TV
- “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans
- Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV
