Pleyeri seçin:

Xəzəryanı ölkələr dənizi niyə bölə bilmir? | GLOBAL PANORAMA

09 noyabr 2024 452 baxış

Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Xəzər dənizinin hüquqi statusundan bəhs olunub.

Qeyd olunub ki, dünyanın ən böyük qapalı su hövzəsi sayılan Xəzər Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan və Türkmənistanla əhatə olunub:

“Onun dəniz və yaxud göl olması hüquqi statusu uzun illərdir ki, müzakirə və mübahisə mövzusudur. Buna səbəb isə dənizin neft və qazla, eləcə də nadir balıq növləri ilə zəngin olmasıdır. Bu təbii ehtiyatlar hər bir Xəzəryanı ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Odur ki, region ölkələri bu dənizdə bacardıqca daha çox resursa nəzarət etməyə, belə demək mümkündürsə, Xəzərdən daha çox pay almağa çalışırlar”.

Vurğulanıb ki, SSRİ-nin dağılmasına qədər Xəzərin statusu ilə bağlı məsələ elə də aktual olmayıb:

“Çünki Rusiya və İran 1921-ci və 1940-cı illərdə öz aralarında imzaladıqları “Ticarət və dənizçilik haqqında” Müqaviləyə əsaslanaraq, dənizi özlərinin daxili su hövzəsi hesab edirdi və beynəlxalq birlik də bunu belə qəbul edirdi”.

Əlavə olunub ki, 1991-ci ildən isə vəziyyət dəyişib. Azərbaycan, Qazaxıstan və Türkmənistanın müstəqillik qazanması ilə meydana yeni oyunçular çıxıb:

“Əgər Rusiya və İran Xəzəri göl kimi qəbul edərək onun həm su hövzəsinin, həm də təbii ehtiyatlarının ümumi mülkiyyət olduğu fikrini müdafiə edirdisə, digər ölkələr Xəzəri dəniz kimi qəbul edərək burada beynəlxalq dəniz hüququ prinsiplərinin tətbiq olunmasını təklif edib. Bu yanaşmaya əsasən, hər bir ölkə sahilyanı sularında olan resurslardan müstəqil şəkildə istifadə edə bilər”. 

Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi

Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi

Siyasət
18 dekabr 2025 452 baxış
İlham Əliyev vacib sərəncam imzaladı

İlham Əliyev vacib sərəncam imzaladı

Siyasət
18 dekabr 2025 452 baxış
Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Siyasət
18 dekabr 2025 452 baxış
Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR

Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR

Siyasət
18 dekabr 2025 452 baxış
"Tramp Marşrutu" Moskvanı narahat edir, Vaşinqton oyunu dəyişir - Baku TV

"Tramp Marşrutu" Moskvanı narahat edir, Vaşinqton oyunu dəyişir - Baku TV

Siyasət
18 dekabr 2025 452 baxış
"Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV

"Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV

Siyasət
18 dekabr 2025 452 baxış
Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 dekabr 2025 452 baxış
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV

Siyasət
17 dekabr 2025 452 baxış
Putindən Qərbə açıq savaş mesajı | NATO üçün həyəcan təbili - Baku TV CANLI

Putindən Qərbə açıq savaş mesajı | NATO üçün həyəcan təbili - Baku TV CANLI

Siyasət
17 dekabr 2025 452 baxış
Hökumətlərimiz arasında olduqca yaxşı münasibətlər qurulub | İrakli Kobaxidze - Baku TV

Hökumətlərimiz arasında olduqca yaxşı münasibətlər qurulub | İrakli Kobaxidze - Baku TV

Siyasət
17 dekabr 2025 452 baxış
Seçilmişlər
icon