Pleyeri seçin:

XİN Ermənistana cavab verdi

24 aprel 2023 323 baxış

2023-cü il aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini təsis etməsi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və qəbuledilməzdir. Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır.

Xarici İşlər Nazirliyindən qeyd edilib ki, sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin etnik təmizləmə məqsədi güddüyü barədə cəfəng iddiası əsassız və qəbuledilməzdir. Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğu bir daha bəyan edilir.

Sülh danışıqlarını boykot edən Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatı bu hadisədən yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq üçün bəhanə kimi istifadə etmək niyyətindən xəbər verir.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 323 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 323 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 323 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 323 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 323 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 323 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 323 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 323 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 323 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 323 baxış
Seçilmişlər
icon