Pleyeri seçin:

Separatçıların çırpınmağı boşuna idi: Xankəndiyə gedən yolları Bakı seçir

18 sentyabr 2023 502 baxış

Erməniəsilli sakinlərə ərzaq yüklərinin çatdırılması üçün Laçın-Xankəndi yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadənin prinsipial əhəmiyyətini həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə anlatmaq üçün rəsmi Bakıya təxminən 3 ay vaxt lazım gəldi.

Hətta sentyabrın 1-də Amerika Birləşmiş Ştatlarında keçirilən son görüşdə yüklərin paralel şəkildə bu yollar vasitəsilə daşınmasına dair razılıq əldə olunmasına baxmayaraq, bir ovuc separatçı özlərini vacib fiqur hesab edib, prosesin icrasına əngəl törətməyə çalışdılar. Bu yerdə Qərb ölkələri sadəcə Azərbaycanın haqlı mövqeyinə dəstək verməli, razılaşmanın tələblərinin yerinə yetirilməsinə səy göstərməli idilər. Təəssüflər olsun ki, bu dəfə də əksini, Azərbaycana qarşı ciddi təzyiq yolunun tutulduğunu gördük. Yalnız Laçın yolunun açılması kimi tələb irəli sürmək fikri məhz bölgədə sülh istəməyən beyinlərin məhsulu ola bilərdi. Hadisələrin gedişatı isə göstərdi ki, Azərbaycana qarşı bu cür münasibət, təzyiq dili ilə danışmaq qəbuledilməzdir, mümkünsüzdür.

BMTM-in şöbə müdiri Cavid Vəliyev qeyd edib ki, bu məsələdə Azərbaycanın siyası iradəsinin və haqlı olmasının çox böyük rolu var: “Ermənistanı dəstəkləyənlər Azərbaycan kimi bir dövlətin belə bir ciddi nəticə əldə etməyindən narahatdırlar. Çünki onlar öyrəşməyiblər ki, qarşısındakı tərəf istədiyi nəticəyə nail olsun. Həm gücümüz, həm də diplomatik əlaqələrimiz bizə məhz haqlı olaraq öz istəklərimizə yiyələnmək imkanı yaratdı”.

Proseslər bir daha göstərdi ki, İrəvan hakimiyyəti müstəqil xarici siyasət aparmaq imkanına malik deyil. Çünki həmin ölkələr üzdə ermənilərə dəstək verirlərmiş kimi görünsələr də, əslində, öz maraqlarına çatmaq üçün Ermənistandan istifadə edirlər. Əsas niyyətləri də regionda sülhün yaranmasını əngəlləmək və öz təsir imkanlarını saxlamaq üçün münaqişənin davam etməsinə nail olmaqdır. Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ətrafında yaranmış problem isə bu prinsipial məqamın təkcə Ermənistana deyil, ona təsir etməyə çalışan xarici güclərə də qəbul etdirilməsi ilə həllini tapdı.

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
Azərbaycan XİN Pakistana başsağlığı verib - Baku TV

Azərbaycan XİN Pakistana başsağlığı verib - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ

Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ

Siyasət
20 sentyabr 2026 502 baxış
Xaçmazda "Suverenliyimiz əbədidir" adlı tədbir keçirilib - Baku TV

Xaçmazda "Suverenliyimiz əbədidir" adlı tədbir keçirilib - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Siyasət
20 sentyabr 2026 502 baxış
Seçilmişlər
icon