XİN-lər arasında mühüm müzakirə | Bakıda görüş keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Məsləhətləşmələrin əsas mərhələsində xarici işlər nazirlərinin müavinləri Fariz Rzayev və Yasin Ekrem Serimin iştirakı ilə konsulluq, miqrasiya, ədliyyə və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişafı ilə əlaqədar müzakirələr aparılıb.
Görüş zamanı iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, əməkdaşlığın, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Eyni zamanda məsləhətləşmələr çərçivəsində nəqliyyat və ticarət sahələri üzrə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycanlı və türkiyəli jurnalistlər bir arada | Prezidentlərin çıxışından öncə son hazırlıqlar
- Azərbaycan XİN Zəfər Gününün 6-cı ildönümü münasibətilə paylaşım etdi - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
