XİN rəhbərliyi Şəhidlər xiyabanı, Fəxri xiyaban və Zəfər parkını ziyarət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə xairici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunan diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.
Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanı da ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.
Xairici İşlər Nazirliyinin nümayəndələri Zəfər parkını və Zəfər abidəsini də ziyarət ediblər.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycanlı və türkiyəli jurnalistlər bir arada | Prezidentlərin çıxışından öncə son hazırlıqlar
- Azərbaycan XİN Zəfər Gününün 6-cı ildönümü münasibətilə paylaşım etdi - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
