Pleyeri seçin:

XİN təcili bəyanat yaydı

25 mart 2023 242 baxış

Xarici İşlər Nazirliyindən Müdafiə Nazirliyinin son bəyanatlarına dəstək gəlib.

Qeyd olunub ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi, həmçinin son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması qeydə alınıb.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və aparılmış müzakirələrə baxmayaraq, bu qanunsuzluqların qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.

XİN-in açıqlamasında o da qeyd olunub ki, Ermənistan tərəfinin son təxribatları Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun son nöqtəsində – Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?

Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?

Siyasət
18 dekabr 2025 242 baxış
Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi

Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi

Siyasət
18 dekabr 2025 242 baxış
İlham Əliyev vacib sərəncam imzaladı

İlham Əliyev vacib sərəncam imzaladı

Siyasət
18 dekabr 2025 242 baxış
Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Siyasət
18 dekabr 2025 242 baxış
Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR

Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR

Siyasət
18 dekabr 2025 242 baxış
"Tramp Marşrutu" Moskvanı narahat edir, Vaşinqton oyunu dəyişir - Baku TV

"Tramp Marşrutu" Moskvanı narahat edir, Vaşinqton oyunu dəyişir - Baku TV

Siyasət
18 dekabr 2025 242 baxış
"Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV

"Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV

Siyasət
18 dekabr 2025 242 baxış
Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 dekabr 2025 242 baxış
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV

Siyasət
17 dekabr 2025 242 baxış
Putindən Qərbə açıq savaş mesajı | NATO üçün həyəcan təbili - Baku TV CANLI

Putindən Qərbə açıq savaş mesajı | NATO üçün həyəcan təbili - Baku TV CANLI

Siyasət
17 dekabr 2025 242 baxış
Seçilmişlər
icon