Xocalı soyqırımı Ukraynada yad edildi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalı soyqırımı qurbanları Ukraynanın paytaxtı Kiyev şəhərində də anılıb.
Kiyev Milli Akademik Opera Teatrında təşkil olunan anım mərasimində Ukraynada akkreditə olunmuş səfirlər, ukraynalı ziyalılar və tələbələr iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarının 18 ştatında Xocalı soyqırımı tanıdılıb.
Səfir qeyd edib ki, əgər dünya ictimaiyyəti Xocalı soyqırımına vaxtında hüquqi qiymət versəydi, bəlkə də, dünyanın başqa yerlərində baş vermiş sonrakı soyqırımıların qarşısını almaq olardı.
Kiyev Milli Universitetinin rektoru Volodimir Buqrov vurğulayıb ki, Xocalı soyqırımında günahkar olan hər kəs cəzalandırılmalıdır:
“Ədalətli məhkəmə olmalıdır ki, bu faciə üzərində şərti nöqtə qoyulsun və günahsız qurbanların nəsillərinə öz doğma torpağında rahat yaşamağa, işləməyə, suveren dövlətində xoşbəxt gələcək qurmağa imkan versin. Azərbaycan bu istiqamətdə ilk və heyrətamiz nümunə göstərdi. Azərbaycan xalqına və hakimiyyətinə, universitetimizin fəxri doktoru, Prezident İlham Əliyevə təşəkkür edirəm ki, Azərbaycana bu qalibiyyəti yaşatdı”.
#Ukrayna teqi istifadə olunub
- Ankara hərəkətə keçdi
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV
- Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI
- Avropa Komissiyası 2027-ci il üçün maliyyə ayrılmasını təsdiqləyib
