Siyasət
Pleyeri seçin:
Xüsusi sessiya Azərbaycanın çağırışı ilə baş tutub
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəsə çağıran qətnamə qəbul edib.
Səsvermənin nəticələri dünya təşkilatının saytında yayımlanıb.
Azərbaycan da daxil olmaqla qətnamənin lehinə 120 ölkə səs verib, 14-ü əleyhinə olub, 45-i isə bitərəf qalıb.
Sənəddə deyilir ki, BMT Fələstin və İsrail vətəndaşlarına qarşı zorakılığı pisləyir. Qətnamədə hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təcili humanitar atəşkəsə çağırış edilir və bütün girovların dərhal, qeyd-şərtsiz azad edilməsi tələb olunur.
Qeyd edək ki, xüsusi sessiya Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağırışı ilə keçirilib.
Kopyalandı
Seçilmişlər