Siyasət
Pleyeri seçin:

Yeni Kaledoniya rəsmisindən Azərbaycana minnətdarlıq

18 aprel 2024

Milli Məclisdə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə parlament üzvləri və Yeni Kaledoniyanın ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin Azərbaycanın müstəqillik mübarizələrində kanak xalqının yanında olduğunu bildirib.

“Biz referenduma yenidən baxış keçirilməsini istəyirik. Bu məqsədlə artıq öz şikayətimizi müvafiq qaydada göndərmişik. Bu “referendum” kanak xalqının haqlarını qəsb edir. Məhz həmin səbəbdən ona qarşı mübarizə aparırıq. Azərbaycana müstəqillik mübarizəmizdə yanımızda olduğuna görə minnətdarlığımızı bildiririk”, – deyə Kaledoniya rəsmisi deyib.

Yeni Kaledoniya Senatının üzvü Moris Vimiansa Fransa hökumətini qınayıb:

“Fransa bu gün taktikasını dəyişib. Yeni Kaledoniyada bir sıra siyasi institutlar kanak xalqı tərəfindən idarə olunur. Məhz bu səbəbdən də rəsmi Paris ölkədəki bu sahədəki siyasətinə də dəyişikliklər etmək istəyir. Fransa hakimiyyətinin əsas maraqları bu prosesin yekunlaşması üzərində qurulub”.

İştirakçılar konfransın Fransanın 21-ci əsrdə apardığı müstəmləkə siyasətinin ifşası baxımından önəmli olduğunu söyləyiblər. Qeyd ediblər ki, Fransa dünyada müstəmləkəçilik siyasətini hələ də saxlayan yeganə ölkədir. Koledoniyalı rəsmilər düşünürlər ki, Fransa yerli xalqı quldarlıq rejimində olduğu kimi pulsuz işlətmək siyasəti yürüdür.

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

Siyasət
01 may 2024
Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
01 may 2024
İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

Siyasət
01 may 2024
TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

Siyasət
01 may 2024
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

Siyasət
01 may 2024
Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Siyasət
01 may 2024
Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Siyasət
01 may 2024
Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Siyasət
01 may 2024
Seçilmişlər
icon