Pleyeri seçin:

Zaxarova bu dəfə onlara od püskürdü | Özümüz onun fəaliyyətindən narazı olmuşuq

14 noyabr 2024 108 baxış

“Həm rəsmi Bakı, həm də rəsmi İrəvan bütün səviyyələrdə Rusiyanın vasitəçi rolunu yüksək qiymətləndirib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 13-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan keçmiş münaqişənin nizamlanmasının müxtəlif mərhələlərində Moskvanın vasitəçi rolunu yüksək qiymətləndirib.

“O ki qaldı Minsk qrupuna, biz özümüz onun fəaliyyətindən narazı olmuşuq. Biz Minsk qrupunu daha çox tənqid etmişik, xüsusilə də qərblilərin Minsk qrupunun işini bloklamağa başlayandan sonra. Biz bu mövqeyimizi açıq bəyan etmişik.

Minsk qrupunda olan müsbət məqamlar Rusiyanın işləmələrinə əsaslanıb. Bunlar o cümlədən Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli razılaşmalarda da öz əksini tapıb. Hansı ki, bu da Ermənistan və Azərbaycan tərəfindən yüksək qiymətləndirilib.

2022-ci ilin fevralında Minsk qrupu Qərb ölkələrinin əli ilə dəfn olunub. Aydın idi ki, onlar vəziyyətin nizamlanmasında deyil, başqa şey etmək niyyətində olublar – siyasiləşdirmək, öz maraqlarını güdmək. Bunun bizə heç bir aidiyyəti yoxdur. Minsk qrupunda müsbət nəsə olanda biz müsbət haqqında danışmışıq. Harada neqativ üstünlük təşkil edib, demişik ki, Minsk qrupu daha işləmir, onun fəaliyyəti bloklanır, süni yolla bloklanır. Burada müxtəlif tarixi məqamlar, fərqli vəziyyətlər və kontekstlər var”, – deyə M.Zaxarova vurğulayıb.

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

Siyasət
22 dekabr 2025 108 baxış
Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Siyasət
22 dekabr 2025 108 baxış
Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 dekabr 2025 108 baxış
Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Siyasət
22 dekabr 2025 108 baxış
"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 dekabr 2025 108 baxış
Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 108 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 108 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 108 baxış
Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Siyasət
22 dekabr 2025 108 baxış
İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

Siyasət
22 dekabr 2025 108 baxış
Seçilmişlər
icon