site.post.choose_player

Zəfərimizin 4-cü ili beynəlxalq mediada bu cür müzakirə olundu | BİZDƏN NƏ DANIŞIRLAR?

11 noyabr 2024 site.post.view

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, ötən həftə böyük sevinc və qürurla 44 günlük qələbəmizin dördüncü ildönümü həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz tərəfindən böyük coşqu ilə qeyd edilib, bu qələbəni bizə qazandıran şəhidlərimizin əbədi ruhu ehtiramla yad olunub.

Xarici KİV-də bu qəbildən olan xəbərlər kifayət qədər əksini tapıb. 11 noyabrdan etibarən isə ən vacib beynəlxalq tədbir olan COP29 başlayır. Bu isə o deməkdir ki, bütün dünyanın ürəyi Bakıda döyünəcək.

“The Europe Today” xəbər verir ki, Azərbaycanın Zəfər Günü İslamabadda böyük təntənə ilə qeyd olunub.

Oxucuların diqqətinə çatdırılıb ki, tədbirdə Pakistanın federal naziri Riaz Hüseyn Pirzadə, Sindh əyalətinin qubernatoru Kamran Tessori, senator Müşahid Hüseyn Səid və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iştirak ediblər. Həmçinin tədbirə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Türkiyə və digər ölkələrin səfirləri də qatılıblar.

İordaniyanın “Jordan News” nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycan ekoloji tərəqqiyə nail olmaq üçün davamlı sülh və təhlükəsizliyə şərait yaratmağa çalışır.

Mənbədə “Bakının COP29 konfransına ev sahibliyi etməsi daha yaşıl gələcəyə doğru bir addımdır” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Bakının noyabrın 11-dən 22-dək COP29-a ev sahibliyi edəcəyindən, ilin ən böyük beynəlxalq toplantısı olacaq COP29-un minlərlə eksperti, jurnalisti, iqlim fəalını, biznes liderini və QHT nümayəndəsini bir araya gətirəcəyindən, Avropa İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri ilə iqlim problemlərinə qlobal əməkdaşlıq reaksiyalarını təşviq edən müzakirələr aparılacağından bəhs olunub.

Rumıniyanın “Aktual24” xəbər portalı Bakıda keçiriləcək COP29 konfransı haqqında yazıb.

Mənbə dünya liderlərinin Azərbaycanda COP29 Sammitində bir araya gələcəklərinə diqqət çəkib.

Məqalədə qeyd edilib ki, bu Sammit iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşməsinə həsr olunub.

Oxuculara o da bildirilib ki, Bakıdakı qərarlar iqlim dəyişikliyinin qarşısını almaq üçün kritik əhəmiyyət kəsb edəcək və hər il bir trilyon dollar maliyyə hədəfi müzakirə olunacaq.

İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı

İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı

Siyasət
16 noyabr 2025 site.post.view
Prezident İlham Əliyev Daşkənddəki İslam Sivilizasiyası Mərkəzindən danışdı

Prezident İlham Əliyev Daşkənddəki İslam Sivilizasiyası Mərkəzindən danışdı

Siyasət
16 noyabr 2025 site.post.view
Azərbaycan-Mərkəzi Asiya platforması ölkəmizə nə vəd edir?

Azərbaycan-Mərkəzi Asiya platforması ölkəmizə nə vəd edir?

Siyasət
16 noyabr 2025 site.post.view
İlham Əliyevdən Daşkənddə Vaşinqton sammiti ilə bağlı mühüm açıqlama

İlham Əliyevdən Daşkənddə Vaşinqton sammiti ilə bağlı mühüm açıqlama

Siyasət
16 noyabr 2025 site.post.view
"İslam Sivilizasiyası Mərkəzi İslam dünyası üçün qürur mənbəyinə çevriləcək" | İlham Əliyev

"İslam Sivilizasiyası Mərkəzi İslam dünyası üçün qürur mənbəyinə çevriləcək" | İlham Əliyev

Siyasət
16 noyabr 2025 site.post.view
Mərkəzi Asiya və Azərbaycan bu gün vahid geosiyasi regiondur | İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan bu gün vahid geosiyasi regiondur | İlham Əliyev

Siyasət
16 noyabr 2025 site.post.view
Mirziyoyevdən Azərbaycanla bağlı önəmli açıqlama - CANLI

Mirziyoyevdən Azərbaycanla bağlı önəmli açıqlama - CANLI

Siyasət
16 noyabr 2025 site.post.view
İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı

İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı

Siyasət
16 noyabr 2025 site.post.view
Mərkəzi Asiya liderlərinin "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü - CANLI

Mərkəzi Asiya liderlərinin "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü - CANLI

Siyasət
16 noyabr 2025 site.post.view
Azərbaycanın tamhüquqlu iştirakı təsdiqləndi | Mirziyoyevdən açıqlama

Azərbaycanın tamhüquqlu iştirakı təsdiqləndi | Mirziyoyevdən açıqlama

Siyasət
16 noyabr 2025 site.post.view
site.post.chosen_posts
icon