Pleyeri seçin:

Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik | Prezidentin köməkçisindən mühüm açıqlama

14 iyun 2025 333 baxış

“Biz regionda təhlükəsizliyi və sabitliyi təmin etmişik. Ermənistan hərtərəfli müzakirələrin və dəhlizlərin tərkib hissəsi ola bilər”.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi ‒ Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” paneli zamanı söyləyib.

O həmçinin Azərbaycanın regionda təhlükəsizliyi təmin etdiyini diqqətə çatdırıb. H.Hacıyev vurğulayıb ki, Azərbaycanın bu ölkədən gözləntiləri var.

“Azərbaycanın əraziləri işğal altında olduğu zaman biz əlaqələri yalnız münaqişənin həlli prosesi çərçivəsində nəzərdən keçirirdik. Münaqişənin həll olunduğu bir vaxtda hesab edirik ki, Şərq-Qərb nəqliyyat dəhlizinin vacib komponentlərindən biri də ölkədə təhlükəsizlik və sabitliyin hökm sürməsidir. Bu, həmin dəhlizin tam miqyasda və effektiv fəaliyyəti üçün zəruridir.

Biz regionda təhlükəsizliyi və sabitliyi təmin etmişik. Ermənistan regionda aparılan hərtərəfli müzakirələrin və dəhlizlərin tərkib hissəsi ola bilər. Bu, mümkündür. Bizim də təbii ki, Ermənistandan gözləntilərimiz var. 30 ildir Ermənistan Naxçıvanı blokada şəraitində saxlayıb. İndi isə onlardan Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik.

“Dəhliz” sözü Ermənistandakı həmkarlarımda qıcıq yaradır. Qoy buna nə istəyirlər desinlər. Lakin biz ilk olaraq Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”, ‒ deyə Hikmət Hacıyev bildirib.

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Siyasət
18 dekabr 2025 333 baxış
Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV

Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV

Siyasət
18 dekabr 2025 333 baxış
Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?

Göyçədə 35 şagirdi olan kənddə 800 şagirdlik məktəb azərbaycanlılar üçün tikilir?

Siyasət
18 dekabr 2025 333 baxış
Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi

Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi

Siyasət
18 dekabr 2025 333 baxış
İlham Əliyev vacib sərəncam imzaladı

İlham Əliyev vacib sərəncam imzaladı

Siyasət
18 dekabr 2025 333 baxış
Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Ankara səmasında vurulan PUA ilə bağlı Rusiya və Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Siyasət
18 dekabr 2025 333 baxış
Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR

Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR

Siyasət
18 dekabr 2025 333 baxış
"Tramp Marşrutu" Moskvanı narahat edir, Vaşinqton oyunu dəyişir - Baku TV

"Tramp Marşrutu" Moskvanı narahat edir, Vaşinqton oyunu dəyişir - Baku TV

Siyasət
18 dekabr 2025 333 baxış
"Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV

"Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV

Siyasət
18 dekabr 2025 333 baxış
Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 dekabr 2025 333 baxış
Seçilmişlər
icon