Pleyeri seçin:

"Sülh geridönməz olmalıdır" | Doha Forumundan mesaj - Baku TV

07 dekabr 2025 156 baxış

“Xalqlarımızı sülhə hazırlamalıyıq”.

Bunu Qətərdə keçirilən Doha Forumunda Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan üçün müharibə və münaqişə bitib.

Onun sözlərinə görə, sülh rifah yaratmalı, inkişaf təmin etməli, Cənubi Qafqazın bütün geosiyasi mənzərəsini dəyişməlidir.

Bu aspektdə xalqlar arasında etimadın önəmli olduğunu vurğulayan Hikmət Hacıyev bildirib ki, Azərbaycan sülhü əbədi, davamlı və geridönməz etmək istəyir:

“Bunun üçün çox çalışmalıyıq. Bilirik ki, bəzən sülhü pozmaq istəyən qüvvələr ola bilər. Biz elə regional təhlükəsizlik arxitekturası qurmalıyıq ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. Bunun üçün əvvəlcə hökumətlər arasında etimad lazımdır. Məmnuniyyətlə deyə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır. Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır.

Biz xalqlarımızı sülhə hazırlamalıyıq. Azərbaycanın mesajı həmişə belə olub ki, biz sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmirik, həm də Ermənistan xalqı ilə imzalamaq istəyirik ki, gələcək nəsillər də bunun faydasını görsün.

Biz etimad quruculuğu tədbirləri üzərində işləyirik. Bilirik ki, bu çətindir. Cəmiyyətimizdə yaralar hələ təzədir, 30 illik münaqişə, son beş ildə eskalasiyalar və real müharibə vəziyyəti yaşanıb. Amma ən əsası budur ki, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürüb”.

“Müqavilə hüquq bazasının genişləndirilməsi üzərində iş aparılır” | Sahibə Qafarova

“Müqavilə hüquq bazasının genişləndirilməsi üzərində iş aparılır” | Sahibə Qafarova

Siyasət
23 yanvar 2026 156 baxış
ABŞ diplomatı münasibətlərin sürətlə inkişaf etdiyini bildirib - Baku TV

ABŞ diplomatı münasibətlərin sürətlə inkişaf etdiyini bildirib - Baku TV

Siyasət
23 yanvar 2026 156 baxış
Haber Global: "Əliyev Davosda Tramp, Əl-Sani, Stubb və Babişlə görüşüb" - Baku TV

Haber Global: "Əliyev Davosda Tramp, Əl-Sani, Stubb və Babişlə görüşüb" - Baku TV

Siyasət
23 yanvar 2026 156 baxış
Ukrayna–Azərbaycan strateji əməkdaşlığı | Putin–Uitkoff görüşü başa çatıb - YENİ BİR SƏHƏR

Ukrayna–Azərbaycan strateji əməkdaşlığı | Putin–Uitkoff görüşü başa çatıb - YENİ BİR SƏHƏR

Siyasət
23 yanvar 2026 156 baxış
Qlobal kapital və siyasi mərkəzlər Azərbaycanla tərəfdaşlığı genişləndirir - Baku TV

Qlobal kapital və siyasi mərkəzlər Azərbaycanla tərəfdaşlığı genişləndirir - Baku TV

Siyasət
23 yanvar 2026 156 baxış
Yarana biləcək “İslam NATO”su hansı imkanlara sahibdir?

Yarana biləcək “İslam NATO”su hansı imkanlara sahibdir?

Siyasət
22 yanvar 2026 156 baxış
Azərbaycan niyə Ermənistana məhkumları təhvil verdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan niyə Ermənistana məhkumları təhvil verdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 yanvar 2026 156 baxış
İlham Əliyev "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində - Baku TV

İlham Əliyev "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində - Baku TV

Siyasət
22 yanvar 2026 156 baxış
İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında - Baku TV

İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında - Baku TV

Siyasət
22 yanvar 2026 156 baxış
Qrenlandiya məsələsi çözüldü: Tramp buna nail oldu

Qrenlandiya məsələsi çözüldü: Tramp buna nail oldu

Siyasət
22 yanvar 2026 156 baxış
Seçilmişlər
icon