Pleyeri seçin:

Hikmət Hacıyev ABŞ nəşrinə müsahibə verib - Baku TV

02 yanvar 2026 644 baxış

Donald Tramp Administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Times” qəzetinə deyib.

Nəşrin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu işlərinə, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlara, rəsmi Bakının Rusiya ilə münasibətlərinə, Azərbaycan-İsrail əlaqələrinə həsr edilən məqaləsində Hikmət Hacıyevə istinadən ABŞ Prezidentinin bu sülh gündəliyinə dərhal qarşılıq verməsi qiymətləndirilməli məqam kimi qeyd olunub.

Bununla belə, Hikmət Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini deyib:

“Hər iki hökumət – Azərbaycan və Ermənistan sülhü möhkəmləndirmək üçün gərgin iş aparır. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrı-seçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər”.

Hikmət Hacıyev Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan edib.

O qeyd edib ki, Donald Trampın dövründə istiləşən ABŞ-Azərbaycan münasibətləri əvvəlki administrasiyanın yanaşması ilə kəskin təzad təşkil edir:

“Bayden və Blinken administrasiyası ilə təəssüf ki, çoxlu anlaşılmazlıqlar var idi və onlar münasibətlərə çox ziyan vurdular”.

O xatırladıb ki, Bayden administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib.

Hikmət Hacıyev D.Tramp Administrasiyası ilə pozitiv əməkdaşlıq nümunəsi kimi onun birinci prezidentliyi dövründə administrasiyanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Xəzər qazının Avropa bazarına çatdırılmasında həlledici rol oynadığını xatırladıb.

Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurma cəhdlərinə toxunan H.Hacıyev bu ölkəyə neft məhsullarının ixracını, Ermənistan bazarlarına taxıl tranzitinə yaradılan şəraiti qeyd edib:

“Bu, simvolik görünə bilər, lakin simvolizmlə yanaşı, həqiqətən də, mühüm geosiyasi çalarlar var. Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq”.

Azərbaycanın dini baxımdan tolerantlıq məkanı olduğunu vurğulayan Prezidentin köməkçisi ölkənin qeyri-sabit regionda Qərblə əməkdaşlıq üçün təbii tərəfdaş olduğunu bəyan edib:

“Bizdə yəhudi, xristian və müsəlman icmaları əsrlərdir ki, yanaşı yaşayırlar. Bu bizim ənənəmiz, kimliyimizdir. Bizim sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və biz D.Tramp Administrasiyasının tam dəstəyinə malikik”.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 644 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 644 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 644 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 644 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 644 baxış
Seçilmişlər
icon