Pleyeri seçin:

"ABŞ ilə münasibətlərimizə zərbə vuranlar..." | Hikmət Hacıyevdən mühüm açıqlamalar - Baku TV

02 yanvar 2026 538 baxış

Donald Tramp Administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirib.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev "The Washington Times" qəzetinə deyib.

Hikmət Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini bildirib:

"Hər iki hökumət – Azərbaycan və Ermənistan sülhü möhkəmləndirmək üçün gərgin iş aparır. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrı-seçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər".

Hikmət Hacıyev Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan edib.

O qeyd edib ki, Donald Trampın dövründə istiləşən ABŞ-Azərbaycan münasibətləri əvvəlki administrasiyanın yanaşması ilə kəskin təzad təşkil edir:

"Bayden və Blinken administrasiyası ilə təəssüf ki, çoxlu anlaşılmazlıqlar var idi və onlar münasibətlərə çox ziyan vurdular".

O xatırladıb ki, Bayden administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib.

Hikmət Hacıyev D.Tramp Administrasiyası ilə pozitiv əməkdaşlıq nümunəsi kimi onun birinci prezidentliyi dövründə Administrasiyanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Xəzər qazının Avropa bazarına çatdırılmasında həlledici rol oynadığını xatırladıb.

Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurma cəhdlərinə toxunan Hikmət Hacıyev bu ölkəyə neft məhsullarının ixracını, Ermənistan bazarlarına taxıl tranzitinə yaradılan şəraiti qeyd edib.

"Bu, simvolik görünə bilər, lakin simvolizmlə yanaşı, həqiqətən də, mühüm geosiyasi çalarlar var. Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq", – deyə Hikmət Hacıyev bildirib.

"Bizdə yəhudi, xristian və müsəlman icmaları əsrlərdir ki, yanaşı yaşayırlar. Bu bizim ənənəmiz, kimliyimizdir. Bizim sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və biz D.Tramp Administrasiyasının tam dəstəyinə malikik", – deyə Prezidentin köməkçisi qeyd edib.

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

Siyasət
09 avqust 2026 538 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Siyasət
08 avqust 2026 538 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 538 baxış
Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Siyasət
08 avqust 2026 538 baxış
Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Siyasət
08 avqust 2026 538 baxış
Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Siyasət
08 avqust 2026 538 baxış
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

Siyasət
08 avqust 2026 538 baxış
Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Siyasət
08 avqust 2026 538 baxış
Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Siyasət
08 avqust 2026 538 baxış
Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV

Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV

Siyasət
08 avqust 2026 538 baxış
Seçilmişlər
icon