Pleyeri seçin:
"O şərtlə daha hücum etməyəcəyik ki..." - Pezeşkian hücuma görə bu ölkələrdən üzr istədi - Baku TV
Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib.
O bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib.
"Ötən gün Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq", – deyə Prezident qeyd edib.
M.Pezeşkian həmçinin bildirib ki, bölgə ölkələri ilə düşmənçilikləri yoxdur: "Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək".
O, hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini bildirib.
Kopyalandı
#Məsud Pezeşkian teqi istifadə olunub
- ABŞ hərəkətə keçir | İranda daxili parçalanma: Əraqçini kimlər “aradan götürmək” istəyir? - Baku TV
- Pezeşkiandan Hörmüz boğazı ilə bağlı kritik mesaj - Baku TV
- Pezeşkian Vaşinqtona səsləndi
- Pezeşkian 30 milyon könüllüdən niyə kömək istədi? - Baku TV
- "Blokada və təhdidlər danışıqların əsas maneələridir" | Pezeşkian - Baku TV
