Zəngəzur dəhlizini kimlər idarə edəcək? | Erməni deputat təlaş içində
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyə təkcə bəyanatlar səviyyəsində deyil, həm də yayımladıqları xəritələrlə “Zəngəzur dəhlizi” adlandırılan layihəni inkişaf etdirməyə davam edir. Bu xəritələrdə dəhlizin İran sərhədi boyunca cənub hissədən keçərək Meğri və Aqarak şəhərlərinə toxunduğu aydın görünür.
Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar Partiyasının üzvü, revanşist müxalifətçi deputat Tiqran Abramyan “Facebook” səhifəsində paylaşım edib.
O vurğulayıb ki, tərəflər bunu “koridor”, yoxsa “kəsişmə” adlandırmasından asılı olmayaraq məsələnin mahiyyəti hüquqi tənzimləmədən asılı olacaq.
“Hazırda danışıqlar logistika məsələlərinin hansısa özəl şirkətə verilməsi istiqamətində aparılır. Amma burada əsas məsələ budur. Bu şirkətin arxasında kimlər dayanır? Yəni daha sadə dillə desək, bu marşrutu kim idarə edəcək?”, – deyə T.Abramyan qeyd edib.
Deputat həmçinin bildirib ki, Türkiyə və Azərbaycandan yayımlanan sızmalar və optimist məlumatlar planlaşdırılan razılaşmanın təfərrüatları barədə artıq müəyyən ipucuları verir.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
