Pleyeri seçin:

Zəngəzur dəhlizinin açılmasına kim qarşı çıxdı? | Yücel Karauzdan mühüm açıqlama

04 mart 2025 481 baxış

Regional kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyanatda əksini tapıb.

Razılaşmanın 9-cu bəndində kommunikasiyaların açılması, nəzarət mexanizmi ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb. Təəssüf ki, erməni tərəfi dəhlizin açılmasını müxtəlif bəhanələrlə uzatmağa çalışır.

Bu sözləri “Teleqraf”a ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

“Ermənistan tərəfi əvvəlcə dəhlizə Rusiyanın nəzarət etməməsini bəhanə edirdi. Sonra isə İran bu xəttin açılmasına qarşı çıxdı. Bununla da proses ləngidi. Azərbaycan və Türkiyə isə kommunikasiyaların açılması ilə bağlı qarşıya qoyulmuş işləri ardıcıllıqla icra edir. Bakı və Ankara öz işlərini “Zəngəzur dəhlizi sabah açılacaq” prinsipinə uyğun həyata keçirir”, − o qeyd edib.

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Naxçıvana, Türkiyəyə, Türk dünyasına, Paris və Londonun isə Pekinlə bağlantısının yaranacağını söyləyən general deyib:

“Bununla Cənubi Qafqaza sülh və əməkdaşlıq, inkişaf gələcək. Bundan ən çox faydalanacaq ölkə Ermənistandır. Şərqdən Qərbə açılacaq dəhlizlə, Şimal-Cənub istiqamətində formalaşdırılan layihələrlə İrəvan böyük qazanc əldə edəcək. Nəhayət, Azərbaycanla Türkiyənin Ermənistanla münasibətlərində yeni səhifə açılacaq.

Zəngəzur dəhlizi açılmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkün deyil. İrəvan prosesə ABŞ və Avropa İttifaqı kimi üçüncü tərəfləri qatmağa cəhd edir. Ermənistan birdəfəlik dərk etməlidir ki, Zəngəzur dəhlizi açılmadan Türkiyə ilə sərhədlərinin açılması mümkün olmayacaq. Amma nə olur-olsun, bu dəhliz açılacaq”.

Banner
"Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV

"Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV

Siyasət
23 oktyabr 2026 481 baxış
“Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?

“Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?

Siyasət
23 oktyabr 2026 481 baxış
Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir

Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir

Siyasət
23 oktyabr 2026 481 baxış
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV

Siyasət
23 oktyabr 2026 481 baxış
Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV

Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV

Siyasət
23 oktyabr 2026 481 baxış
"Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV

"Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV

Siyasət
23 oktyabr 2026 481 baxış
Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM

Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM

Siyasət
23 oktyabr 2026 481 baxış
İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV

İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV

Siyasət
23 oktyabr 2026 481 baxış
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 481 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 481 baxış
Seçilmişlər
icon