Pleyeri seçin:

Zəngəzurun ermənilərə verilməsində Nərimanovun rolu - ARAŞDIRMA

04 mart 2024 467 baxış

Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən şəxsiyyətlərdən biri də yazıçı, həkim, dövlət xadimi Nəriman Nərimanovdur.

N.Nərimanov 9 uşağın sonbeşiyi idi. Onun atası Kərbəlayi Nəcəf xırda ticarətlə məşğul olardı. Ailənin yükünü əsasən Nəriman və böyük qardaşı Salman çəkib. Nərimanov öz məktublarında yazırdı: “Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxaraq, 30 ildə 11 adam tərbiyə etdim. Hamını yerbəyer edəndən sonra yenə də təhsil almağa başladım”.

1917-ci ildə Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilir. Qurultayda Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış edirlər. Çıxışlar zamanı Nərimanov və Rəsulzadə arasında fikir ayrılığı yaranır.

Əvvəllər “Hümmət” təşkilatında birlikdə çiyin-çiyinə çalışmış Nərimanov və Rəsulzadənin, fərqli siyasi görüşlər səbəbindən yolları ayrılır. Doktor Nərimanov Cümhuriyyət rəhbərlərini Rusiya inqilabını anlamamaqda ittiham edirdi.

Nərimanovla Cümhuriyyətçilər arasında olan ziddiyyətlərin ən böyük səbəbi 1918-ci ildə baş vermiş Mart qırğınlarıdır. Mart soyqırımı dönəmində Nərimanovun əqidə yoldaşları S.Şaumyan, P.Çaparidze ilə eyni ideya daşıyıcısı olması, ona qarşı münasibəti kökündən sarsıdır. Mart soyqırımı zamanı Nərimanovun Şaumyana sərt məktubu “Hümmət” qəzetində nəşr olunur.

Mart hadisələri ona çox pis təsir edir, əsəb sarsıntısı keçirir, gəzə bilmir, həkimlər onu Həştərxana xəstəxanaya göndərirlər. Doktor Nərimanı evindən xərəkdə çıxarırlar.

Nərimanovun Qarabağın Azərbaycanın tərkibində qalmasında misilsiz xidməti olub. O, dəfələrlə Qarabağ mövzusunu son anda ermənilərin lehinə səs verən komisiyaların müzakirəsindən çıxara bilib.

Nəriman Nərimanov bu məsələ ilə bağlı Stalinə məktubunda yazırdı: “Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edildi. Mənim vaxtımda bu mümkün olmamışdı”.

Lakin bütün bu səylərə baxmayaraq, tarixə “Nərimanov bəyannaməsi” adı ilə düşən sənəddə Zəngəzurla Naxçıvanın Ermənistana verilməsi öz əksini tapır.

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
14 dekabr 2025 467 baxış
COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

Siyasət
14 dekabr 2025 467 baxış
Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 dekabr 2025 467 baxış
Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Siyasət
13 dekabr 2025 467 baxış
Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Siyasət
13 dekabr 2025 467 baxış
Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Siyasət
12 dekabr 2025 467 baxış
"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

Siyasət
12 dekabr 2025 467 baxış
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
12 dekabr 2025 467 baxış
Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Siyasət
12 dekabr 2025 467 baxış
Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Siyasət
12 dekabr 2025 467 baxış
Seçilmişlər
icon