Pleyeri seçin:

Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

04 iyun 2026 479 baxış

"Alphabet" şirkəti "Google"un süni intellekt infrastrukturunun gələcək inkişafını maliyyələşdirmək məqsədilə səhmlərin satışı hesabına 80 milyard dollar cəlb etməyi planlaşdırdığını açıqlayıb.

"CNBC" telekanalının məlumatına görə, bu vəsait korporativ və fərdi istifadəçilər tərəfindən süni intellekt sahəsində həll və xidmətlərə rekord səviyyədə artan tələbat fonunda hesablama güclərinin genişləndirilməsi üçün lazımdır.

"Google" süni intellekt sahəsinə ayırdığı xərcləri artırmaqda davam edir. Şirkət apreldə 2026-cı il üzrə kapital xərcləri ilə bağlı proqnozunu əvvəlki 175–185 milyard dollardan 180–190 milyard dollara yüksəldib.

Şirkətin rəhbəri Sundar Piçai həmin vaxt əsas problemlərdən birinin hesablama güclərinin çatışmazlığı olduğunu bildirib.

Analitiklərin hesablamalarına görə, "Alphabet", "Microsoft", "Meta" və "Amazon" şirkətləri bu il birlikdə kapital xərclərinə 700 milyard dollardan çox vəsait yönəldəcəklər. 2027-ci ilədək isə süni intellekt infrastrukturu sahəsinə qlobal investisiyaların həcmi 1 trilyon dolları ötə bilər.

Banner
Simsiz mikroskop siçanların beynində neyronların fəaliyyətini qeydə alacaq

Simsiz mikroskop siçanların beynində neyronların fəaliyyətini qeydə alacaq

Texnologiya
22 oktyabr 2026 479 baxış
İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur

İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur

Texnologiya
20 oktyabr 2026 479 baxış
Yeni süni intellekt çipi məlumat emalı imkanlarını 40 faiz artıracaq

Yeni süni intellekt çipi məlumat emalı imkanlarını 40 faiz artıracaq

Texnologiya
14 oktyabr 2026 479 baxış
Smartfonlarda bu funksiya niyə hələ də vacibdir?

Smartfonlarda bu funksiya niyə hələ də vacibdir?

Texnologiya
11 oktyabr 2026 479 baxış
Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir

Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir

Texnologiya
08 oktyabr 2026 479 baxış
Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb

Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb

Texnologiya
02 oktyabr 2026 479 baxış
Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır

Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır

Texnologiya
02 oktyabr 2026 479 baxış
Süni intellektdən istifadə aldığımız məlumatların müxtəlifliyinə necə təsir edə bilər?

Süni intellektdən istifadə aldığımız məlumatların müxtəlifliyinə necə təsir edə bilər?

Texnologiya
30 sentyabr 2026 479 baxış
Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər

Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər

Texnologiya
29 sentyabr 2026 479 baxış
Süni intellekt mövcud olmayan normaları həqiqət kimi təqdim edib

Süni intellekt mövcud olmayan normaları həqiqət kimi təqdim edib

Texnologiya
23 sentyabr 2026 479 baxış
Seçilmişlər
icon