Pleyeri seçin:

1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrinə başlanılıb

22 iyul 2025 702 baxış

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.

Ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Zamanında böyük risklərə baxmayaraq, Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməyə nail oldu. O dövrdə bu, təkcə qəzet çıxarmaq deyildi, həm də xalqı oyatmaq, maarifləndirmək, düşüncəyə təkan vermək idi.

Ana dilində ilk mətbu orqan olan "Əkinçi" cəmi iki il yaşasa da, 56 nömrəsi ilə bütöv bir dövrün güzgüsünə çevrildi.

Təəssüf ki, maarifçilik missiyası çar rejimi üçün "təhlükəli ideya" kimi qiymətləndirildi və qəzetin ömrü yarımçıq qaldı. Amma bu başlanğıc artıq dönüşü olmayan bir yol açmışdı ‒ Azərbaycan mətbuatı doğulmuşdu.

Sonrakı onilliklərdə müxtəlif çətinliklərə baxmayaraq, mətbuat xalqın ruhunu, mübarizəsini, düşüncəsini ifadə etməyə davam etdi. Xüsusən də 1998-ci ildə senzuranın ləğvi ilə söz azadlığı daha real məna kəsb etməyə başladı. Müstəqillik illərində mətbuat da azad düşüncənin və milli kimliyin daşıyıcısına çevrildi.

Bugünkü Azərbaycan mediası yüzlərlə qəzet, jurnal və xəbər platforması ilə həm informasiya cəbhəsində, həm də ictimai rəyə təsirdə mühüm rol oynayır.

Banner
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 702 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 702 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 702 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 702 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 702 baxış
"Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV

"Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 702 baxış
"Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü

"Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü

Cəmiyyət
09 noyabr 2026 702 baxış
Şəhidlərin xatirəsi Hərbi Memorial Məzar­lıqda dərin ehtiramla yad olundu - Baku TV

Şəhidlərin xatirəsi Hərbi Memorial Məzar­lıqda dərin ehtiramla yad olundu - Baku TV

Cəmiyyət
09 noyabr 2026 702 baxış
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsi ehtiramla yad olundu - Baku TV

Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsi ehtiramla yad olundu - Baku TV

Cəmiyyət
08 noyabr 2026 702 baxış
“Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?

“Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?

Cəmiyyət
08 noyabr 2026 702 baxış
Seçilmişlər
icon