20 Yanvar faciəsinin baş verməsindən 35 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
20 Yanvar faciəsinin baş verməsindən 35 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Sovet Ordusu Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Yüzlərlə insan yaralanıb və itkin düşüb.
Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi, hüquqi qiymət verildi.
1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı, milli ruhu sarsılmadı. Şəhidlik zirvəsinə ucalan Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
#20 Yanvar faciəsi (Qanlı Yanvar) teqi istifadə olunub
- Türkiyəli fermerdən maraqlı addım | 7 saat traktorla torpağa yazı həkk etdi - Baku TV
- Pis hava şəraitinə baxmayaraq, xalq Şəhidlər xiyabanına axın etdi - Baku TV
- Soydaşlarımız Qanlı Yanvarda Bakıya necə dəstək oldular? - Baku TV
- "O gündən evimizin işığı söndü..." | 20 Yanvar şəhidinin həyat yoldaşından təsirli sözlər - Baku TV
- "O qədər adamı Rusiyaya apardılar" - 20 Yanvar faciəsi Mirnaib Həsənoğlunun obyektivindən - Baku TV
