32 il sonra qalıqları tapılan İbrahim Vəliyev dəfn edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşən mülki şəxs, İmişlinin Muradxanlı kənd sakini İbrahim Vəliyevin qalıqları ailəsinə təhvil verilib.
Vida mərasimindən sonra onun nəşinin qalıqları kənd qəbiristanlığında dəfn olunub.
“Atam məni görmək üçün Füzuliyə gəlmişdi, elə orada da mühasirəyə düşmüşdü. O vaxtlar nə qədər axtarsaq da, atamı tapa bilmədik. Sonra məlumatımız oldu ki, ermənilər onu əsir götürüblər. İndi isə həm kədərli, həm də sevincliyik ki, atamın nəşi 31 ildən sonra tapıldı”, – mərhumun oğlu deyib.
Qeyd edək ki, İbrahim Vəliyev Birinci Qarabağ müharibəsində iştirak edən oğlu Fəqan Vəliyevdən xəbər almaq məqsədilə döyüş əməliyyatları gedən əraziyə gedib və 1993-cü ilin avqustun 23-də Füzulinin Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində naməlum şəraitdə itkin düşüb.
İbrahim Vəliyevin meyitinin qalıqları Ağdamın Əfətli kənd qəbiristanlığında aşkarlanıb və kimliyi təsdiq olunub.
#Birinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV
- Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
- Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV
- Birinci Qarabağ müharibəsinin şəhidlərinin nəşi torpağa tapşırıldı - Baku TV
- Şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb - Baku TV
