38 nömrəli poliklinikada olan vəziyyət görənləri dəhşətə gətirdi | Rəsmi açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunda yerləşən 38 saylı şəhər poliklinikasındakı görüntülər sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Məlumatda poliklinikadakı həkim otağının tavanının çökdüyü deyilir.
Bəs deyilənlər həqiqəti nə dərəcədə əks etdirir?
Tibb ocağının rəhbərliyi məsələyə aydınlıq gətirib. Baş həkimin müavini Aydın Həsənov bildirib ki, poliklinika yaşayış binasının birinci mərtəbəsində yerləşdiyinə görə dəfələrlə otaqlara suaxıtma hadisəsi olub:
“Sözügedən kabinetə də bir neçə dəfə su axıdılıb, təmir aparılıb. Bir aya yaxındır ki, poliklinikada əsaslı təmir işləri gedir”.
Sakinlərin sözlərinə görə, tibb məntəqəsinin tək çatışmayan nüansı tavanı olmayan həkim otağı deyil, digər məqamlar da var:
“Şəkər xəstəsi bura gəlir, xəstəliyini daha da artırıb gedir. Milçəkdən dayanmaq olmur, orada ancaq virusa yoluxursan”.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
