Pleyeri seçin:

8 dəfə əməliyyat olunan Ramiz Əzizbəyli niyə anasından incik öldü? - RETRO BAKU

08 mart 2026 516 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyliyə həsr olunub.

Sənətkarın qızı Xədicə Əzizbəyli atasının ailəni bu sahədən uzaq tutmaq istədiyini bildirib:

“Atam bizi həmişə sənətdən uzaq saxlayıb. Heç vaxt istəməyib ki, biz bu sənətlə məşğul olaq. Halbuki istedadımız var idi – həm mənim, həm də bacımın. Amma o, yenə də bizi bu sahədən uzaq tutmağa çalışırdı”.

Xalq artisti Cahangir Novruzov isə Ramiz Əzizbəylinin yaradıcılıq potensialından danışaraq onun teatra gəlməsinə mane olan hadisəni xatırlayıb:

“Musiqili Komediya Teatrının baş rejissoru olanda Ramizi teatra gətirmək istəyirdim. Ondan əvvəl də belə bir təşəbbüsüm olmuşdu. Amma bir nəfər çox kobud şəkildə onun qarşısını kəsdi. Adını da çəkirəm – Hacıbaba Bağırov. Ramiz çox incidi. O, gülərüz, açıqürəkli adam idi. Yeni ideyası olanda gəlib səninlə bölüşərdi, deyərdi ki, gəl bunu birlikdə edək. Onun ideyalarından çox böyük işlər yarana bilərdi. Amma elə qırıldı ki, mən teatra baş rejissor gələndən sonra da dedi ki, artıq gəlməyəcəyəm. Bir insanın ürəyinin qırılması ilə Azərbaycan mədəniyyəti çox şey itirdi”.

Ramiz Əzizbəyli həyatı boyunca səkkiz dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda Allaha şükür etdiyini deyirmiş. Ömrünün son illərində verdiyi müsahibələrdən birində isə həyatındakı incikliklərdən danışaraq belə deyib: “Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi”.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 516 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 516 baxış
Seçilmişlər
icon