Pleyeri seçin:

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

20 sentyabr 2026 275 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən Ağdam rayon sakini Ziyəddin İsmayılov 13 ildir aldığı əlillik pensiyasının kəsilməsindən şikayətlənib.

1980-ci il təvəllüdlü şikayətçi qan xərçəngindən əziyyət çəkdiyini və ikinci qrup əlilliyi olduğunu bildirir.

Onun sözlərinə görə, 250 manat məbləğində pensiya ailəsinin yeganə gəlir mənbəyi olub:

“Keçən aydan mənim təqaüdüm kəsilib. Dövlət Sosial Müdafiə Nazirliyinin rayon filialına getdim, pensiyamın niyə kəsildiyini soruşdum. Dedilər ki, əlillik müddətim başa çatıb”.

Ziyəddin İsmayılov müvafiq komissiyadan keçməkdə də çətinlik çəkdiyini deyir:

“Beş ildən bir ardıcıl şəkildə komissiyadan keçmişəm. İndi isə iki həftədir hər beşinci gün gedirəm, məni qəbul etmirlər. Deyirlər ki, dalağın böyük olmasa, komissiyaya gəlmə”.

Şikayətçinin sözlərinə görə, səhhəti işləməsinə imkan vermir:

“İki kilo ağırlığında nəsə götürə bilmirəm. Gün altına çıxmaq, soyuqda qalmaq olmaz. Yol gedə bilmirəm, iştahasızlıq yaranır. Dalaqda böyümə, qanla bağlı problemim var”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildirilib ki, Z.İsmayılovun əlillik müddəti 7 avqust 2026-cı ildə başa çatıb və onun əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı müraciəti olmayıb.

Qeyd olunub ki, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən “Forma 88” sənədi rəsmiləşdirilərsə, qanunvericiliyə uyğun olaraq Ziyəddin İsmayılovun əlilliyi təkrar qiymətləndirilə bilər.

Banner
“Dedilər ki, çəkin çoxdur, ona görə...”  | Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır

“Dedilər ki, çəkin çoxdur, ona görə...” | Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır

Cəmiyyət
21 noyabr 2026 275 baxış
Xərçəngin ən qəddar növünə qarşı vasitə | Yeni texnologiya nə vəd edir? - Baku TV

Xərçəngin ən qəddar növünə qarşı vasitə | Yeni texnologiya nə vəd edir? - Baku TV

Cəmiyyət
21 noyabr 2026 275 baxış
“Dedilər, nə vaxt tikilsə, onda su verəcəyik” | Şəmkir sakinlərindən şikayət - Baku TV

“Dedilər, nə vaxt tikilsə, onda su verəcəyik” | Şəmkir sakinlərindən şikayət - Baku TV

Cəmiyyət
21 noyabr 2026 275 baxış
“Sakinlər heç cür hərəkət edə bilmirlər” | Səbail rayonunun əhalisi niyə çətin durumdadır? - Baku TV

“Sakinlər heç cür hərəkət edə bilmirlər” | Səbail rayonunun əhalisi niyə çətin durumdadır? - Baku TV

Cəmiyyət
21 noyabr 2026 275 baxış
Sumqayıtdakı bu yol niyə üçüncü dəfə çökdü? - Sakinlər narazılıq etdi - Baku TV CANLI

Sumqayıtdakı bu yol niyə üçüncü dəfə çökdü? - Sakinlər narazılıq etdi - Baku TV CANLI

Cəmiyyət
21 noyabr 2026 275 baxış
Sakinlər içməli suyun küçəyə axdığını bildirirlər

Sakinlər içməli suyun küçəyə axdığını bildirirlər

Cəmiyyət
21 noyabr 2026 275 baxış
Aqrar sahədə dəyişiklik: 90 faizlik güzəşt qiymətlərə necə təsir edəcək? - Baku TV

Aqrar sahədə dəyişiklik: 90 faizlik güzəşt qiymətlərə necə təsir edəcək? - Baku TV

Cəmiyyət
21 noyabr 2026 275 baxış
Xətaidə ağaclarla bağlı qalmaqal: Sakinlər nədən narahatdır? - Baku TV CANLI

Xətaidə ağaclarla bağlı qalmaqal: Sakinlər nədən narahatdır? - Baku TV CANLI

Cəmiyyət
21 noyabr 2026 275 baxış
“Basdırdılar torpağa, özüm görmüşəm” | Xətaidə sakinləri hiddətləndirən nədir? - Baku TV

“Basdırdılar torpağa, özüm görmüşəm” | Xətaidə sakinləri hiddətləndirən nədir? - Baku TV

Cəmiyyət
21 noyabr 2026 275 baxış
“Fontan 2-ci mərtəbəyə çıxırdı...” | İçməli su niyə küçəyə axır? - “Kimin üstünə gedək?!” - Baku TV

“Fontan 2-ci mərtəbəyə çıxırdı...” | İçməli su niyə küçəyə axır? - “Kimin üstünə gedək?!” - Baku TV

Cəmiyyət
21 noyabr 2026 275 baxış
Seçilmişlər
icon