Pleyeri seçin:

"Deyirlər ki, sən sağlamsan" | Sağlamlıqla bağlı sənədlər təqdim edilib, qərar isə... - Baku TV

29 avqust 2026 284 baxış

İkinci Qarabağ müharibəsi iştirakçısı Asim Bağırov əlilliyin yenidən qiymətləndirilməsi prosesində problemlə qarşılaşdığını bildirir.

A.Bağırov 2020-ci il oktyabrın 2-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ayaqlarından qəlpə yarası alıb. 2021-ci il sentyabrın 27-də isə ona 5 il müddətinə əlillik statusu verilib.

O, bütün lazım olan sənədləri toplasa da, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçirilən Komissiyadan imtina cavabı alıb:

“Mən bütün sənədlərimi topladım, müayinələrdən keçdim. Bu qədər diaqnoza baxmayaraq, Mingəçevir Xəstəxanasındakı Komissiya mənə imtina aktı tərtib etdi. Bu qərar qanunsuzdur. Məsələ ilə bağlı direktorun qəbulunda oldum və nə üçün imtina edildiyini soruşdum. O isə cavabında “kimə istəyirsənsə, şikayət et” dedi”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası tərəfindən aparılan ətraflı və kollegial qiymətləndirmə nəticəsində mövcud tibbi göstəricilərin əlilliyin qiymətləndirilməsi meyarlarına uyğun olmadığı müəyyən edilib:

“Əlillik dərəcəsinin müəyyən edilməsi üçün kifayət qədər tibbi əsaslar formalaşmadığından Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq vətəndaşa tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməyib”.

Banner
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 284 baxış
Seçilmişlər
icon