Qanunsuz evlərlə bağlı narahatlıq | Hansı tikililər sökülməli olacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin sahilboyu ərazilərində müəyyən edilmiş 3200-dən çox özbaşına tikilinin əksəriyyəti kommersiya məqsədilə inşa edilmiş obyektlərdir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ictimaiyyəti narahat edən əsas məsələlərdən biri qanunsuz və ya əsassız tikilmiş fərdi yaşayış evlərinin və mənzillərin gələcək aqibətidir. Lakin yaşayış məntəqələri və məskunlaşma əraziləri sahilboyu ərazilərin yeni idarəetmə prinsipinin əhatə dairəsinə daxil deyil və bu baxımdan istisna təşkil edir.
"Xəzərin sahilboyu ərazilərində müəyyən edilmiş 3200-dən çox özbaşına tikilinin əksəriyyəti mövcud normativ hüquqi aktlara əsasən dənizin sahil mühafizə zolağında yerləşən yaşayış və qeyri-yaşayış obyektləridir. Həmin tikililərin böyük hissəsi kommersiya məqsədilə inşa olunub.
Gələcəkdə bu sahənin tənzimlənməsi ilə bağlı normativ hüquqi aktlar yenilənəcək. Eyni zamanda fərmanla Əmlak Məsələləri Dövlət Xidmətinə verilən tapşırıq çərçivəsində həmin ərazilərin xəritələrinin hazırlanması, obyektlərin yenidən dəqiqləşdirilməsi və rəqəmsallaşdırılması həyata keçiriləcək. Bundan sonra mövcud vəziyyət daha dəqiq şəkildə ortaya çıxacaq", – deyə F.Cəfərov əlavə edib.
#Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ teqi istifadə olunub
- Sakinlər ayağa qalxdı: "Tikməyə icazə verəndə buna da baxın da!" | "Deyir, şükür et ki..." - Baku TV
- Özbaşına tikilən evlər sənədləşdirilməyəcək? | Ekspertlər münasibət bildirdi - Baku TV
- "Bu şəxslərə satış hərracdan kənar aparılır" | Bələdiyyələr və satışla bağlı açıqlama - Baku TV
- Keçən il neçə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb?
- Qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi
