Pleyeri seçin:

Sakinlər ayağa qalxdı: "Tikməyə icazə verəndə buna da baxın da!" | "Deyir, şükür et ki..." - Baku TV

23 aprel 2026 513 baxış

Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir.

Sakinlərin sözlərinə görə, ərazidə aparılan işlər onların gündəlik hərəkətinə ciddi maneə yaradır.

“Qanunsuz olaraq gəlib yolları zəbt edirlər. Məktəbə uşaqları apara bilmirik. Hər iki məktəbin yolu bağlanır, metroya gedən yollar da tutulur. Bütün qurumlara müraciət etmişik, amma heç kim gəlmir. Deyir ki, 16 mərtəbəli bina tikəcək. Hətta bildirir ki, “şükür edin, sizə iki metr yol verirəm”, – deyə sakinlərdən biri bildirib.

Digər şikayətçi isə məsələ ilə bağlı ziddiyyətli açıqlamalara diqqət çəkib:

“İcra hakimiyyətindən gələn nümayəndə deyib ki, biz icazə verməmişik. Amma axı ilkin sənədlər icra hakimiyyətindən alınır. Necə olur ki, icazə verilməyib, amma tikinti aparılır? Deyirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti icazə verib. Bəs həmin qurum gəlib baxmalı deyilmi ki, bu tikinti maneə yaradır, ya yox? Uşaqları səhər məktəbə aparmaqda çətinlik çəkirik”.

Özünü ərazidə fəaliyyət göstərən “İnam 2019” MMC-nin iş icraçısı kimi təqdim edən Ramil Məcidov bildirib ki, sözügedən ərazidə yeni bina tikintisi deyil, köhnə kafenin bərpası nəzərdə tutulub.

Onun sözlərinə görə, aparılan işlər çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mühafizə zolağı yaradılır.

Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən bildirilib ki, tikintiyə icazə verən qurum onlar deyil.

Qeyd olunub ki, torpaq üzərində hər hansı tikinti aparmaq üçün müvafiq qurumların razılığı tələb olunur və torpağın çıxarışı olsa belə, tikinti mütləq şəkildə razılaşdırılmalıdır.

Xətai Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, sözügedən ərazi özəl mülkiyyətdir və icra hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyəti yoxdur.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Bildirilib ki, həmin ünvanda yalnız ərazinin hasarlanmasına cəhd olunub. Sakinlərin narazılığı əsasında yerli icra hakimiyyəti tərəfindən hasarlama işlərinin qarşısı alınıb. Hazırda ərazidə hər hansı tikinti-quraşdırma işləri aparılmır.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 513 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 513 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 513 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 513 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 513 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 513 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 513 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 513 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 513 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 513 baxış
Seçilmişlər
icon