Xətai sakinlərindən qanunsuz tikinti iddiası | Babək prospektində nə baş verir? - Baku TV
Xətai rayonu, Babək prospekti, 78 ünvanında yaşayan sakinlər həyətdəki qarajların sökülməsi ilə bağlı narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl onlara həyət ərazisində abadlıq işlərinin aparılacağı və bu məqsədlə uzun illərdir istifadə etdikləri dəmir qarajların söküləcəyi bildirilib. Lakin sakinlər iddia edirlər ki, aradan uzun müddət keçməsinə baxmayaraq, ərazidə abadlıq işləri aparılmayıb.
“Dedilər ki, burada icra hakimiyyəti ilə bələdiyyə öz hesabına abadlıq işləri aparacaq və bizim dəmir qarajların bir qismi layihəyə düşür. Biz də soruşduq ki, layihəni göstərin, baxaq. Nazirlər Kabinetinin qərarı varsa, ona tabe olaq. Təəssüflər olsun ki, bizə heç bir qərar göstərmədən “sökülməlidir” dedilər”, – sakin bildirib.
Onun sözlərinə görə, qarajların sökülməsi ilə bağlı sakinlərə alternativ yer də təklif edilməyib:
“Dedik ki, müvafiq yer verin, qarajlarımızı oraya yerləşdirək. Təəssüflər olsun ki, etmədilər. Bəzi şəxslər vəzifəsindən sui-istifadə edərək dəmir qarajlarını saxladı. Amma bizim qarajlarımız rəsmi sənədlərimiz ola-ola götürüldü”.
#Xətai rayonu teqi istifadə olunub
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
- Xətaidə oğul 51 yaşlı ananı xəstəxanalıq etdi - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI
