Pleyeri seçin:

“Ölüm qorxusu insanı günaha sövq edə bilər” | “İnsan həyatı yaşamaq əvəzinə təxirə salır” - AMİN

19 noyabr 2026 43 baxış

“Amin” verilişinin yeni buraxılışında ilahiyyatçı Qadir Səfərov ilə dində ölümün xatırlanmasının əhəmiyyəti müzakirə olunub.

Onun sözlərinə görə, insan həyatı yalnız gündəlik tələbatların ödənilməsindən ibarət deyil. İnsanın mənəvi tərəfi də var və axirətə hazırlaşmaq onun mənəvi məsuliyyətidir:

“İnsan ölümü xatırlamamaqla, əslində, məsuliyyətdən qaçır. Bu, yaxşı işlər görməmək üçün bəhanəyə çevrilir. Ölüm bizə həyatın dəyərini və mənasını başa salır. İslam düşüncəsində uzun ömürdən daha çox insanın necə yaşadığı önəmlidir. Əgər insan yaşadığı həyata məna verə bilmirsə, uzun ömrün nə faydası var?! Ölümün mövcudluğu bizə vaxtımızı dəyərləndirməyi öyrədir. Əks halda zamanımızı boş yerə keçirərik”.

Q.Səfərov həmçinin ölümün insanı dünya qayğılarına həddindən artıq bağlanmaqdan çəkindirdiyini bildirib.

Onun sözlərinə görə, insanlar bəzən gələcək naminə bu günü yaşamağı təxirə salır, sonsuz istəklərin arxasınca qaçırlar:

“Bəzən insanlar o qədər dünya işləri ilə məşğul olurlar ki, həyatı yaşamaq əvəzinə onu gələcək üçün təxirə salırlar. Məsələn, ailələri ilə vaxt keçirmirlər, düşünürlər ki, əvvəlcə uşaqları üçün müəyyən işləri görsünlər, sonra vaxt ayırarlar. İnsan düşünür ki, əvvəlcə malı, dövləti artsın, sonra başqalarına kömək edər, ibadətlərini yerinə yetirər. Sanki əbədi yaşayacağını zənn edir. Halbuki hər bir insanın kəfəni hansısa parça mağazasının rəfindədir. Ölümü xatırlamaq bizi həyata qaytarır. Çünki çox vaxt yaşamaq əvəzinə daimi istehlakla məşğul oluruq. Bu isə həqiqi həyat deyil”. 

Banner
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru bu tarixdə Naxçıvanda olacaq - Baku TV

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru bu tarixdə Naxçıvanda olacaq - Baku TV

Cəmiyyət
19 noyabr 2026 43 baxış
Qanunsuz evlərlə bağlı narahatlıq | Hansı tikililər sökülməli olacaq? - Baku TV

Qanunsuz evlərlə bağlı narahatlıq | Hansı tikililər sökülməli olacaq? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 43 baxış
Avropanın məşhur brendi ölkəyə gəldi | Sürücülərə hansı imkanlar yaradılacaq? - Baku TV

Avropanın məşhur brendi ölkəyə gəldi | Sürücülərə hansı imkanlar yaradılacaq? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 43 baxış
Xəzərin sahilboyu əraziləri ilə bağlı yenilik | Dövlət Xidmətinin rəsmisindən mühüm açıqlama

Xəzərin sahilboyu əraziləri ilə bağlı yenilik | Dövlət Xidmətinin rəsmisindən mühüm açıqlama

Cəmiyyət
19 noyabr 2026 43 baxış
Xəzərin sahilboyu əraziləri ilə bağlı yeniliyin detalları açıqlandı - Baku TV

Xəzərin sahilboyu əraziləri ilə bağlı yeniliyin detalları açıqlandı - Baku TV

Cəmiyyət
19 noyabr 2026 43 baxış
“Bunu qanun müəyyən edəcək” | Yararsız tikililərlə bağlı qərar nə vaxt veriləcək? - Baku TV

“Bunu qanun müəyyən edəcək” | Yararsız tikililərlə bağlı qərar nə vaxt veriləcək? - Baku TV

Cəmiyyət
19 noyabr 2026 43 baxış
"Ümidim var idi ki, mütləq..." | Cəbrayıl və Zəngilana köçən sakinlər hisslərini bölüşdü - Baku TV

"Ümidim var idi ki, mütləq..." | Cəbrayıl və Zəngilana köçən sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
19 noyabr 2026 43 baxış
Sürücülərin diqqətinə: Hava limanı yolunda hərəkət istiqamətləri dəyişir - Baku TV CANLI

Sürücülərin diqqətinə: Hava limanı yolunda hərəkət istiqamətləri dəyişir - Baku TV CANLI

Cəmiyyət
19 noyabr 2026 43 baxış
"Çox qorxulu vəziyyətdədir" | Yevlaxda qədim körpü qəzalı vəziyyətdə - Baku TV

"Çox qorxulu vəziyyətdədir" | Yevlaxda qədim körpü qəzalı vəziyyətdə - Baku TV

Cəmiyyət
19 noyabr 2026 43 baxış
Yevlax sakinləri qədim körpünün vəziyyətindən şikayətləndi - Baku TV CANLI

Yevlax sakinləri qədim körpünün vəziyyətindən şikayətləndi - Baku TV CANLI

Cəmiyyət
19 noyabr 2026 43 baxış
Seçilmişlər
icon