Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngilan rayonunun Ağalı kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub.
Bu gün 123 sakindən ibarət 25 ailə Bakı şəhərindən köç karvanı ilə Ağalıya yola salınıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər “Ağıllı kənd”də Ağalı sakinlərini qarşılayıb. Daha sonra ata-baba yurdlarına köçürülən keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Bugünədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 133 ailə, 649 nəfər köçürülüb.
Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.
Hazırda Ağalı kəndinə növbəti ailələrin köçürülməsi üçün də hazırlıq işləri görülür və bu prosesin qarşıdan gələn aylarda reallaşdırılması nəzərdə tutulub.
#Ağalı kəndi teqi istifadə olunub
- 33 ildən sonra Ağalı kəndində məhsul yığımı bərpa olundu - Baku TV
- Daha 110 nəfər Zəngilanın Ağalı kəndinə yola salındı
- Azərbaycana xəyanət edənlərin sonu | Mehdiyevin xain məktubu ilə nələr ifşa edildi? - YEKUNLAŞDIRAQ
- Ağalıda 103 fərdi yaşayış evi və çoxmənzilli binalar inşa edilib
- Prezident Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında
