Pleyeri seçin:

“Allahın işığı da yandırılmır” | Zülmət içində memorial kompleks | “Parkın borcu olur?!” - Baku TV

25 may 2026 288 baxış

Səkkiz ay əvvəl açılan Gəncə Memorial Kompleksi artıq üç aya yaxındır qaranlığa qərq olub. Vətən müharibəsinin mülki qurbanlarının xatirəsinə inşa olunan kompleksdə işıqlandırma sistemi işləmir.

Sakinlər mövcud vəziyyətlə bağlı narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, ərazidə işıqlandırmanın olmaması həm istirahət, həm də təhlükəsizlik baxımından çətinliklər yaradır.

“İşıqların yanmamasından hamımız narazıyıq. Uşaqları oynamaq üçün gətiririk, amma hava qaralmamış evə qayıtmalı oluruq”, – deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə qeyd edib: “Velosiped sürənlər çoxdur, qaranlıqda onları görmək olmur, adamın üstünə sürürlər”.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsindən bildirilib ki, Gəncə Memorial Kompleksinin park ərazisinin işıqlandırılması ilə bağlı yaranmış məsələ kompleksin tikintisini həyata keçirən podratçı şirkətlə aparılan təhvil-təslim prosedurlarının yekunlaşma mərhələsi ilə əlaqədar olub.

Qeyd olunub ki, sözügedən proses yaxın günlərdə tam başa çatdırılıb. Həmin dövr ərzində kommunal xidmətlərlə bağlı öhdəliklər podratçı şirkətin məsuliyyətində olub. Elektrik enerjisi təchizatında yaranmış fasilənin də məhz texniki prosedur xarakterli məsələlərlə bağlı olduğu bildirilib.

Hazırda kompleksin kommunal xərclərinin aidiyyəti qaydada təmin olunması istiqamətində işlərin aparıldığı və yaxın günlərdə park ərazisinin işıqlandırma sisteminin tam şəkildə bərpa ediləcəyinin nəzərdə tutulduğu vurğulanıb.

Kopyalandı
DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 288 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 288 baxış
Seçilmişlər
icon