Anar Quliyev Qarabağdakı yenidənqurma işlərindən danışdı | Mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan münaqişədən sonra ərazilərə həyatın qaytarılması üçün özünəməxsus bərpa modelini ortaya qoyub".
Bunu XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Bundan istifadə edərək dünyada və regionda ən yaxşı şəhərləri formalaşdırırıq və insanlar üçün ən yaxşı şərait yaradırıq. Ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə 8 şəhərin baş planı üzrə işlər yekunlaşıb", – deyə A.Quliyev söyləyib.
Komitə sədri əlavə edib ki, 90 kəndin planlaşdırılması başa çatıb:
"Bu gün artıq həmin ərazilərdə ümumilikdə 30 minə yaxın insan yaşayır. O cümlədən 3 min keçmiş məcburi köçkün ailəsi və digər insanlar, tələbələr yaşayıb fəaliyyət göstərirlər".
#Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi teqi istifadə olunub
- "Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV
- Vətəndaş niyə obyektini və evini təmir edə bilmir? - Baku TV
- WUF13-ün beşinci günü | Çin səddinə kimi buraxır? | ABŞ Konqresi hesabat yaydı - YENİ BİR SƏHƏR
- Anar Quliyev WUF13 çərçivəsində gündəmə gətirilən məsələlərdən danışdı - Baku TV
- "12 şəhər, yüzlərlə kənd..." | Qarabağ və Şərqi Zəngəzurda görülən işlər barədə açıqlama - Baku TV
