Aparıcı şoka düşdü | 50 il geridə qalan bu kənddə nələr baş verir? - KƏNDİNƏ QAYIT
Yeniliklərdən dərhal xəbərdar olun
“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Qubanın Buduq kəndinə səyahət edilib.
1890-cı ildə 3590 nəfərin yaşadığı bu kənddə hazırda 8-10 ailə var. Tarixə nəzər saldıqda Buduq sakinlərinin az olmasının bir sıra səbəblərinin olduğunu görürük.
Belə ki, ermənilərin Qubada törətdiyi soyqırımı, Böyük Vətən müharibəsi və SSRİ-nin dağılması ilə müstəqillik dövrünün əvvəlində rastlaşdığımız çətinliklər buduqluları kəndlərindən didərgin salıb.
Buduğun problemlərindən söz açan kənd sakini Elnur Cabbarov bildirib ki, burada qaz olmadığı üçün yanacaq kimi peyindən istifadə edirlər.
“Kənddə internet xətti də yoxdur. Özüm burada doğulub böyümüşəm. Təhsil aldıqdan sonra kəndimə qayıdıb insanlarımıza xidmət edirəm. Buduqda məktəb 4 illikdir. Buna görə başqa kənddə ev almışam ki, uşaqlarım təhsillərinə orada davam etsinlər. Burada vəziyyət çox acınacaqlıdır”, ‒ deyə o bildirib.
#Kəndinə qayıt (Baku TV-nin verilişi) teqi istifadə olunub
- Böyük şəhərlərə nümunə olan kənd | Necə oldu ki, bütün şagirdlər tələbə adını qazandı?
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
- Pompeyin nəsli bu kənddə yaşayır? - 500 illik sirr: evin tavanında nələr yazılıb? - KƏNDİNƏ QAYIT
- Ölüləri niyə gecə dəfn edirdilər? - KƏNDİNƏ QAYIT
- 300 nəfərlik gizli "WhatsApp" qrupu kəndi necə dəyişir? - KƏNDİNƏ QAYIT
