Pleyeri seçin:

AQTA-dan rəsmi açıqlama | "Nestle"nin uşaq qidalarında uyğunsuzluq aşkarlanmayıb - Baku TV

03 fevral 2026 455 baxış

“Nestle” şirkətinin körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulan bəzi məhsullarının ehtiyat tədbiri olaraq geri çağırılması uşaq qidalarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Finlandiya, Almaniya, Birləşmiş Krallıq kimi bir sıra Avropa ölkələrində bu şirkətə məxsus müxtəlif ticarət nişanları adı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb. Geri çağırmaya səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyasının ifraz etdiyi “Cereulide” toksini ilə çirklənmə riskidir.

Bu hadisə Azərbaycan bazarında satılan uşaq qidalarının təhlükəsizliyi və nəzarət mexanizmləri ilə bağlı sualları yenidən aktuallaşdırıb.

Qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, “Bacillus cereus” bakteriyasının ifraz etdiyi “Cereulide” toksini zəhərlənməyə, mərkəzi sinir sisteminin və həzm sisteminin pozulmasına səbəb ola bilər.

O əlavə edib ki, əgər immun sistemi zəifdirsə, bu, uşaqlarda ciddi fəsadlara yol aça bilər:

“Üzərində bəzən son istifadə tarixi uzun göstərilsə də, açıldıqdan sonra qısa müddətdə istifadə edilməlidir. Əgər qida hazırlandıqda yapışqanlıq varsa, kənar qoxu hiss olunursa və uşaqda qidanı qəbul etdikdən sonra qarın şişkinliyi, ağrı, narahatlıq yaranırsa, bu qidanı istifadə etməmək tövsiyə olunur”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, “Nestle” şirkətinə məxsus ölkəmizdə satışda olan uşaq qidalarında hər hansı uyğunsuzluq aşkarlanmayıb:

“İstehsal prosesi zamanı bakteriya mənşəli çirklənmə ehtimalı ilə bağlı “Nestle” şirkətinin geri çağırdığı bəzi uşaq qidaları ölkəmizə idxal edilməyib. Bununla belə, ehtiyat tədbiri olaraq “Nestle” şirkətinin istehsal etdiyi və ölkəmizdə satışda olan bəzi məhsullarından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb”.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 455 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 455 baxış
Seçilmişlər
icon