Pleyeri seçin:

Araik və digərlərinin məhkəməsində diqqətçəkən proses | Nələr yaşandı? - Baku TV

08 iyul 2026 554 baxış

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılan Ermənistan Respublikası vətəndaşları – Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Təqsirləndirilən David Babayan əvvəlki məhkəmə iclasında olduğu kimi, ona elan olunan ittihamlar üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçiləri isə çıxışında arqumentlərini səsləndirib, onun barəsində verilmiş hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov qeyd edib ki, müdafiə tərəfinin qaldırdığı məsələ üzrə mövqe artıq daha əvvəl ifadə olunub. Vurğulanıb ki, təqdim olunan apellyasiya şikayətinin məzmunu Davit İşxanyanın çıxışı və müdafiəçi tərəfindən verilən apellyasiya şikayəti ilə mahiyyətcə eynidir. Buna görə də hər hansı hüquq pozuntusunun baş verməsi barədə iddialar əsassızdır.

Zərərçəkmiş şəxslərin nümayəndələri dövlət ittihamçısı ilə razı olduqlarını bildiriblər.

Daha sonra məhkəmə vəsatətə münasibət bildirib. Məhkəmənin qərarına əsasən, vəsatətlərdə qaldırılan məsələlər hazırkı mərhələdə baxılan işin predmeti və mahiyyəti ilə bağlı olmadığından təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyulun 10-da keçiriləcək.

Banner
Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 4 baxış
“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

Cəmiyyət
24 noyabr 2026 23 baxış
Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Cəmiyyət
24 noyabr 2026 32 baxış
Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Cəmiyyət
24 noyabr 2026 32 baxış
“Bəlkə, çəkilişdən sonra ayılarlar” | Binəqədidə dəhşətli mənzərə | “Adam evinə necə girsin?!”

“Bəlkə, çəkilişdən sonra ayılarlar” | Binəqədidə dəhşətli mənzərə | “Adam evinə necə girsin?!”

Cəmiyyət
24 noyabr 2026 32 baxış
Bu yolda problem asfalt örtüyündədir, yoxsa gözlə görünməyən daha ciddi səbəblər var? - Baku TV

Bu yolda problem asfalt örtüyündədir, yoxsa gözlə görünməyən daha ciddi səbəblər var? - Baku TV

Cəmiyyət
24 noyabr 2026 31 baxış
Bakıda mənzil qalmaqalı | 172 nəfərin zərərçəkmiş olduğu iş məhkəmədə - Baku TV

Bakıda mənzil qalmaqalı | 172 nəfərin zərərçəkmiş olduğu iş məhkəmədə - Baku TV

Cəmiyyət
24 noyabr 2026 65 baxış
Qurumuş ağaclar sakinləri narahat edir

Qurumuş ağaclar sakinləri narahat edir

Cəmiyyət
24 noyabr 2026 88 baxış
"Cavanlaşıram" - Buz kimi suda kilometrlərlə üzməyin sirri | “Nə xəstələnirəm, nə də...” - Baku TV

"Cavanlaşıram" - Buz kimi suda kilometrlərlə üzməyin sirri | “Nə xəstələnirəm, nə də...” - Baku TV

Cəmiyyət
24 noyabr 2026 94 baxış
"Küləkdə budaqları qırıq-qırıq olur" | Bakıxanovda aşma təhlükəsi yaradan ağac əhalini narahat edir

"Küləkdə budaqları qırıq-qırıq olur" | Bakıxanovda aşma təhlükəsi yaradan ağac əhalini narahat edir

Cəmiyyət
24 noyabr 2026 86 baxış
Seçilmişlər
icon