Aralarında böyük yaş fərqi olan Afətlə Fərhad evlənəcək? - "Onkoloji xəstəyəm, sənə lazım deyiləm"
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında meyxanaçı Fərhad Biçarə jurnalist Afət Rahilqızı ilə olan münasibətindən danışıb.
Meyxanaçının sözlərinə görə, o, hazırda kirayədə yaşayır və maddi sıxıntıları olsa da, Afət Rahilqızını həqiqətən sevdiyi üçün onunla ailə qurmaq istəyir:
“Barmağının ölçüsünü bilmək üçün Afət xanımın üzüyünü götürmüşəm. Heç kimdən heç nə istəmirəm. Pul yığıb ona üzüyü öz zəhmətimlə almaq istəyirəm. İşdən çıxmışdım ki, məclislərə gedib pul qazanaram. Həm işimdən oldum, həm də məclislərə dəvət almıram”.
Fərhad Biçarə jurnalistdən istifadə edərək məşhurlaşıb, qazanc əldə etməyə çalışması ilə bağlı iddialara da cavab verib:
“Əgər birlikdəyiksə, niyə mənə dəstək olmasın ki?! Əlbəttə, ondan yaxşı mənada istifadə etməliyəm. Afət xanım mənim gələcək həyat yoldaşımdırsa, qazancım da onun olacaq”.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
