Astarada torpaq sürüşməsi təhlükə yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
Astaranın ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində bir nəfər sakinin evi qəzalı vəziyyətə düşüb, piyada körpüsü dağılıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəqani Xalıqov bildirib ki, hadisəni eşidən kimi dərhal kənd sakinləri ilə birlikdə həmin ünvanda olub və qısa bir vaxt ərzində ailə qohumlarının (ev sahibinin atasının) evinə təxliyə edilib.
“Vətəndaşlarla birlikdə həyətin içində müəyyən işləri gördük. Hal-hazırda çayda su olduğuna görə texnikaların çayın o tərəfinə keçməsi mümkün deyil. Çayda suyun səviyyəsi düşəndən sonra oraya ağır texnika aparılacaq və evin ətrafı təmizlənəcək. Piyada körpüsünü də sel suları aparıb. Çalışacağıq, qısa bir vaxtda orada vətəndaşların gedib-gəlməsi üçün piyada körpüsünü bərpa edək”, – deyə o əlavə edib.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində evi qəzalı vəziyyətə düşən Aynagül Nabatovanın ailəsində 2-si azyaşlı olmaqla, 4 nəfər yaşayır.
#Astara teqi istifadə olunub
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
