Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?
“Necə olmalıdır?” rubrikasında bu dəfə Qış parkının yuxarı hissəsi və Abdulla Şaiq küçəsində hərəkətin təşkilinə diqqət yetirilib.
Bildirilib ki, yeni xətlənmədən sonra Füzuli küçəsindən Mirzəağa Əliyev küçəsi istiqamətində avtobuslar üçün ayrılan zolaqdan az sayda avtobus istifadə edir. Buna səbəb zolağın dönmə bucağına uyğun olmaması, geridönmənin çətinliyi və kəsişmədə toqquşma riskinin yaranması ola bilər.
Füzuli küçəsindən sağa dönən avtomobillərin yaratdığı sıxlıq da avtobusların hərəkətinə mane olur.
Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə dönüşdə isə avtomobillər iki zolaqla dönür, kəsişmədə bir zolağa qoşulurlar. Bu isə qəza riskini artırır.
Qeyd edilib ki, avtobus zolağının kəsişmədən əvvəl bitirilməsi hərəkətin daha təhlükəsiz təşkilinə imkan verə bilər.
#Qış parkı teqi istifadə olunub
- Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV
- "Pulunu versən, hər şeyi edirsən" | Əhalini boğaza yığan restoranda çəkiliş vaxtı nə yaşandı?
- Qəzalar ən çox bu yerlərdə olur | Keçidlər niyə narahatlığa səbəb olur?
- Kömək edirik ki, dəmir parçası heç kimin üzərinə düşməsin | Qış parkında keçidin tavanı uçdu
- “Qış parkı”nda təhlükəli vəziyyət | Küləyin aşırdığı işıq dirəyinin görüntüsü
