Siyasət
Pleyeri seçin:

AXC-nin xüsusi xidmət orqanında çalışan Lavrenti Beriya Bakıdan niyə qaçdı? - ARAŞDIRMA

28 aprel 2024

Təxminən 100 il əvvəl Bakı müxtəlif ideologiyada olan inqilabçıların məskəni olub. Vaxtilə Bakı küçələrində kimlər gəzməyib? Stalin, Orconikidze, Kirov, Beriya və başqaları.

Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq üçün təhlükəsizlik qurumlarının yaradılmasına böyük ehtiyac vardı.

İnqilabçılar şəhəri Bakıda baş vermiş ən sirli hadisələrdən biri sonralar SSRİ-nin daxili işlər naziri olmuş Lavrenti Beriyanın Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarında çalışmasıdır.

O zamanlar Beriya çox gənc idi, cəmi 21 yaşı vardı. O, Müsavat hökumətinə işləməsini onunla əsaslandırıb ki, Bakıda və Həştərxanda olan kommunistləri, eləcə də 11-ci Qızıl Ordunu informasiyalarla təmin edib, əldə etdiyi məxfi məlumatları onlara göndərib. O bu fəaliyyətinə Mikoyanı şahid göstərib. Həmin vaxt Bakıda kommunistlərin gizli təşkilatına 27-ci komissar Anastas Mikoyan rəhbərlik edirdi.

1938-ci ildə SSRİ rəhbərliyi tərəfindən Beriyanın Moskvada fəaliyyət göstərməsi məqsədəuyğun sayılaraq onu xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin ediblər. Cəmi üç aydan sonra isə Beriya NKVD-yə başçılıq edib. Əslində, ilk vaxtlar Yejov kimi qaniçəndən sonra Beriyanın NKVD-də rəhbərliyə gətirilməsi insanlarda NKVD xofunu bir az azaldıb. Amma NKVD yenə də əvvəlki kimi Stalinin tapşırığı ilə repressiya maşını funksiyasını yerinə yetirib.

Beriya Stalin üçün ən etibarlı silahdaş olub. Rəhbərin bir çox məxfi tapşırıqlarını Beriya icra edib. Beriya partiyada olan yeganə şəxsdir ki, Stalinin yanında əlini cibinə salıb.

Tehran konfransında Amerika Birləşmiş Ştatlarının prezidenti Ruzvelt Stalindən Beriyanın kimliyini soruşanda sovet lideri belə cavab verib: “Almaniyada Himmler olduğu kimi, SSRİ-də də Beriya var”.

Paşinyandan Azərbaycan və Ermənistan arasındakı münasibətlərlə bağlı mühüm açıqlama

Paşinyandan Azərbaycan və Ermənistan arasındakı münasibətlərlə bağlı mühüm açıqlama

Siyasət
14 may 2024
Haylar anası, bacısı ilə evlənirdilər və buna görə bu qadağa qoyuldu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Haylar anası, bacısı ilə evlənirdilər və buna görə bu qadağa qoyuldu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
14 may 2024
Etirazlardakı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? | Erməni bloger

Etirazlardakı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? | Erməni bloger

Siyasət
14 may 2024
Azərbaycan üçün ən önəmli məqam budur | Ceyhun Bayramov

Azərbaycan üçün ən önəmli məqam budur | Ceyhun Bayramov

Siyasət
14 may 2024
Xankəndi şəhəri ilə bağlı mühüm xəbər | İşlər davam edir

Xankəndi şəhəri ilə bağlı mühüm xəbər | İşlər davam edir

Siyasət
14 may 2024
Qərbi Azərbaycan İcmasından ATƏT-ə məktub | Ermənistandan qovulan soydaşlarımızın...

Qərbi Azərbaycan İcmasından ATƏT-ə məktub | Ermənistandan qovulan soydaşlarımızın...

Siyasət
14 may 2024
Həbsdə olan Qarabağ separatçılarının həbsi ilə bağlı mühüm məlumat

Həbsdə olan Qarabağ separatçılarının həbsi ilə bağlı mühüm məlumat

Siyasət
14 may 2024
Ceyhun Bayramov Ermənistanla birbaşa danışıqların əhəmiyyətindən danışdı

Ceyhun Bayramov Ermənistanla birbaşa danışıqların əhəmiyyətindən danışdı

Siyasət
14 may 2024
Malta XİN başçısından sərhədlərin delimitasiyası barədə reaksiya

Malta XİN başçısından sərhədlərin delimitasiyası barədə reaksiya

Siyasət
14 may 2024
Erməni nəşri görün nələr yazdı | Hansı sənəd ortaya çıxıb?

Erməni nəşri görün nələr yazdı | Hansı sənəd ortaya çıxıb?

Siyasət
14 may 2024
Seçilmişlər
icon