Etirazlardakı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? | Erməni bloger
Yeniliklərdən dərhal xəbərdar olun
“Cəbrayılda qəbiristanlıqları dağıdıb, onun yerində üzüm bağları salan və həmin məhsuldan şərab və digər spirtli içkilər əldə edib satanların Tanrıya çağırışlar etməsi kilsənin biabırçı oyunudur”.
Bu sözləri erməni bloger Roman Baqdasaryan Ermənistanda keçirilən etiraz aksiyaları ilə bağlı etdiyi videomüraciətində deyib.
Bildirib ki, ölkədəki vəziyyət siyasi dondan çıxaraq dini libasa bürünüb. Aksiya təşkilatçılarının çirkab əməllərini unudub Tanrıya sığınmaq istəmələrini isə bloger ikiüzlülük adlandırıb:
“Mövzudan çox uzaqlaşmadan Araik Arutyunyanın və onunla eyni ağılda olan Bako Saakyanın xatirəsini də yad etmək istəyirəm. Onların nə etdiklərini sizə izah edəcəyəm. O zaman dərk edəcəksiz ki, bu insanların dinlə, Tanrı ilə, vicdanla bir əlaqəsi yoxdur.
Cəbrayıl yaxınlığında ermənilərin basdırdığı minaları həmin ərazilərdən təmizləyərək azərbaycanlıların qəbiristanlıqlarını yerlə-yeksən edərək sözügedən ərazilərdə üzüm bağları salanlar hansı dindən danışa bilər? Bunlar erməni hərbçilərinin təhlükəsizliyini düşünməyən, öz xeyrini güdən vicdansızlardır.
Ölüyə, diriyə, torpağa hörməti olmayanlar indi siyasi istəklərini, məkrli planlarını həyata keçirmək üçün din təlxəyinin əli ilə aksiyalar təşkil edir. Utanmadan bununla Tanrıya yaxın olmaq istəyirlər? Yeri gələndə Nikol Paşinyanı bəyənmirlər. Etirazlarla onun istefasını tələb edirlər.
Xatırladım ki, elə Nikol Paşinyan həm kilsə, həm də kilsəyə aparan yolların təmirinə pul ayırıb. Nə edibsə, o edib. Millətin aqibətini düşünərək müharibəni dayandırıb. Siz isə quyruq bulayanlara uyaraq onu devirmək istəyirsiniz?”.
Videomüraciətində izləyicilərinə “Siz onların dinə, Tanrıya olan etiqadına inanırsınız?” deyə sual ünvanlayan Roman Baqdasaryan onlardan aldığı cavablardan ürəklənərək daha alovlu çıxış edib:
“Bu küçələrə çıxan etirazçı tələbələrə kişilik edib niyə düzünü demirsiniz? Niyə demirsiniz ki, sizin davanız ərazi və ya din uğrunda çağırış deyil. Deyin ki, siz N.Paşinyanı devirib hakimiyyət istəyirsiniz. Milləti öz xeyriniz, gəlirləriniz naminə rəzil gününə qoymaq istəyirsiniz.
Yaxşı, bir sual daha verim. Şuşa həbsxanasında günahsız insanları zülmlə, əzabla öldürəndə “Tanrı var” ifadəsi niyə yadınıza düşmürdü? Onların ağrı-acıları kilsədə eşidiləndə Tanrı da eşidir niyə demədiniz? Yüzlərlə insanın qanına əli batanların Tanrı indi yadına düşdü?”.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
