Azad edilmiş ərazilərə gedən reyslərlə bağlı yenilik | AYNA detalları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir.
Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə daha rahat şəkildə səfər etmələri məqsədilə gündəlik əsasda və onların sözügedən ərazilərə səfər etdikdən sonra geri dönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilən müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq “yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edilməsi nəzərdə tutulub.
“Bununla əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımızdan 1 martdan etibarən müntəzəm reyslər üzrə biletləri “yolumuzqarabaga.az” portalı üzərindən deyil, yalnız “biletim.az” portalı üzərindən əldə etmələri xahiş olunur”, − deyə məlumatda qeyd olunub.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
