AZAL-dan İstanbul-Bakı reysinin gecikməsi ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Hava Yolları” aviaşirkətinin sentyabrın 1-də J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki, dəqiq desək, təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.
Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib.
Məlumata görə, reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır. Bu reysin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.
Qurum yaranmış narahatlığa görə üzr istəyib və gecikməni minimuma endirmək üçün tədbirlər görüldüyünü diqqətə çatdırıb.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
