AZAL-dan Rusiya və Hindistana uçuşlarla bağlı xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə, "Domodedovo" və "Vnukovo" aeroportlarına planlaşdırılan reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Eyni zamanda AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan "J2-059" nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.
AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
