AZAL-dan yenidən təxirə salınan Naxçıvan reysləri ilə bağlı növbəti açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.
Bu barədə AZAL-dan məlumat verilib. Belə ki, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-də təxirə salınmış 07:00 və 11:50 reyslərinin sərnişinləri bu gün müvafiq olaraq saat 12:00 və 12:30-da yola düşəcəklər.
Qeyd edilib ki, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-də təxirə salınmış 10:20 və 15:10 reyslərinin sərnişinləri bu gün müvafiq olaraq saat 14:20 və 14:50-də yola düşəcəklər. Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.
Qurumdan həmçinin bildirilib ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
